Eynilə qadınların olduğu kimi kişilərin də qadınların quracağı bəzi cümlələrə qarşı zəiflikləri var. Kişilərin 75%-i bu sözlərə qarşı koyamazlar. Xüsusilə bu sözləri xoşlandıqları qadınlar söyləyirsə bu həyatda o kişidən daha xoşbəxt kimsə yoxdur.
- Sən mükəmməlsən
Bu cümlə kişilərin özlərini daha xüsusi və güclü hiss etmələrini təmin etdiyi üçün çox xoşlarına gəlir.
- Sənin yanında özümü özəl hiss edirəm
Bu cümləni söylədiyiniz an o kişi bir Romeo olur. Əlaqənizə və sizə yaxınlaşmağa başlayır. Bu cümlədən sonra aranızdakı bağlılıq heç olmadığı qədər qüvvətli olacaq.
- Ən çox da (çiyinlərinə, gözlərinə, gülüşünə, baxışlarına, kürəyinə) heyranam ...
Bir bütün olaraq çox yaraşıqlı olduğunu söyləməniz bir kişini xoşbəxt edəcəkdir, amma ona xüsusilə bir yerini daha çox bəyəndiyinizi söyləməniz kişinin o mövzuda digər kişilərdən daha üstün olduğunu hiss etdirəcək. Bu cümlə ilə kişinin eqosunu oxşayacaqsınız.
- Səninlə zaman keçirməkdən xoşum gəlir
Onunla zaman keçirərkən darıxmamağınız onu xoşbəxt edəcək. Bir kişiyə darıxdırıcı biri olduğunu hissetdirsəniz bir daha sizinlə görüşmək istəməyəcək. Ona görə itirmək istəmədiyiniz bir kişiyə əsla "off çox sıxıldım, çox darıxdırıcıdır ..." kimi cümlələr qurmayın.
- Bu geyim sənə çox yaraşır
Bu cümlə daha çox xanımlara xoş gəlsə də, kişilərin də əhvalını düzəldir. Hər nə qədər onlar bizə bu cümləni az qursalar belə siz onlar üçün istifadə edin. Onun geyməkdən zövq aldığı bir geyimi çox bəyəndiyinizi göstərsəniz, bu onu həm xoşbəxt edəcək, həm də zövqlü olduğunu hiss etdirəcək.
- Sayəndə əla bir gün keçirtdim
Bu cümlə kişinin özünü bir qəhrəman, bir şahzadə kimi hiss etməsini təmin edəcək. Bir görüşmənin ardından bu cümləni qursanız növbəti görüşünüz üçün kişi çox daha diqqətli davranacaq.
-İşində çox bacarıqlısan
Bu cümlə kişinin xarici görünüşündən çox beyin gücünə edilən bir iltifatdır. Etdiyi işlərin təqdir edilməsi kişiləri cəzb edər. Ağıllı biri olaraq görülmək kişi üçün ən yaxşı komplimentdir.
- Ailən və dostların ən az özün kimi mükəmməldir
Çünki bir kişi üçün yanındakı qadının ailəsi və yoldaşları ilə sağlam əlaqələr qura bilməsi çox əhəmiyyətlidir.
-Sən olmasan, mən nə edərdim?
Bu söz onu özünü bir super qəhrəman kimi hiss etməsini təmin edəcək.

0 Yorumlar