Araşdırmalara görə kişilər evlənəcəkləri qadını təxminən 20 saniyədə seçirlər. Yaxşı, bəs necə? Xanım.net Sizin üçün bu mövzuda kiçik bir araşdırma apardı.
Özünə güvənən qadın kişilər üçün hər zaman cazibədardır. Həyatını paylaşmaq üçün hər kişi özünə güvənən qadın axtarır. Öz ayaqlarının üzərində dayanan və kişinin əlindən möhkəmcə tutan qadınlar hər zaman daha şanslı olurlar.
Kişilər, bir qadını yemək yeyərkən iştahına görə də qiymətləndirir. Zövqlə yemək yeyən qadının ehtiraslı və fantaziyalara açıq olduğunu düşünürlər.
Çılgın və azadlığına düşkün olan qadınlar kişilərin hər vaxt sahib olmaq istədiyi qadın tipidir. Azad geyim tərzi və kişidən asılı olmadığını göstərən bir qadını hər bir kişi arzulaya bilər.
Kişilər, ilk görüşdən fiziki uyğunlaşmanın olub- olmadığını anlayırlar. Qadının bədən qoxusunu alıb, əlaqənin nə qədər irəli gedə biləcəyini hesablaya bilirlər.

0 Yorumlar