İlk görüşdə səssiz qalaraq onu tanımaq yerinə, şən ancaq sizin üçün önəmli olan bu sualları çox rahat şəkildə soruşa bilərsiniz. Bu suallar həm də gələcək problemlərin sığortaçısıdır. Xanım.net həmin sualları təqdim edir:
1. Ən çox izləməyi sevdiyiniz TV proqramı, film, teatr ya da musiqi janrı?
Bu sual onun romantik istiqaməti, dünyagörüşü haqqında sizə məlumat verir.
2. Çalışdığın işi sevirsənmi?
"Nə işlə məşğulsan?" kimi üstü örtülü bir sual yerinə onun şəxsiyyəti haqqında məlumat verəcək bu cür bir sual soruşmanız onu daha yaxşı tanımanızı təmin edəcək.
3. Səmimiyyət sənin üçün nə kimi məna ifadə edir?
Ümumiyyətlə bu mövzuda danışmağa başladığınızda əvvəlki əlaqələrinizi nümunələr verməlisiniz. Hər ikinizdə bir almanın yarısı kimi mi olmaq istəyirsiniz? Bu sualı soruşarkən bu şərhi etmənizi təklif edərik. "Bu sual sənin üçün bir az erkən ola bilər ancaq daha əvvəl görüşdüyüm kəslər əlaqəmizi nə gözlədiklərini bilmirdilər" şəklində davam edib, ondan gözləntilərinizi dilə gətirə bilərsiniz.
4. Pul qazanmaq məcburiyyətində olmasaydın, həyatda nə edərdin?
Bu sual onun həyati məqsədləri və xəyalları barədə məlumat əldə etmək üçün idealdır.
5. Ən çox utandığın an n vaxt olub?
Bu əyləncəli sual maraqlı söhbətin qapılarını açacaq. Bu sualla onun Sizi yalnız anlama ehtimalından çox, daha səmimi olduğunuzu düşünmə ehtimalı daha çoxdur, inanın. :)
Bu cür kiçik söhbətlər əlaqənizin nə qədər davam edəcəyi mövzusunda sizə məlumat verəcək və siz də stressə girmədən daha rahat şəkildə xoşbəxt bir cütlüyə çevrilə biləcəksiniz.

0 Yorumlar