Yay fəslində günəş şüaları orqanizmimizə daha çox təsir göstərir. Bu normadan artıqlıq zərərli təsirlərlər özünü biruzə verir. Ona görə dəridə ortaya çıxan ləkələrin qarşısını almaq üçün müxtəlif texnologiyalar icad edilib. Belə ki, günümüzdə geniş miqyasda istifadə olunan cihazlardan biri də lazer texnologiyasıdır. Bunun vasitəsi ilə dəridə olan rəng dəyişikliklərini birdəfəlik aradan qaldırmaq mümkündür.
Günəş ləkələrinin müalicəsi, fərqli lazer aparatları ilə dəridə baş vermiş rəng dəyişikliklərini birdəfəlik aradan qaldıra bilir.
Bu tətbiq bədən xaricindən olduğuna görə tətbiq əsnasında və sonrasında dəri bütünlüyündə pozulma, yara, qanama kimi vəziyyətlər görülmür.
Xəstə həyatına qaldığı yerdən davam edir. Ağrısız bir tətbiqdir. Ümumiyyətlə 1-2 seans içərisində istənilən nəticə əldə etmək mümkündür.
Lazer müalicəsinin təsiri 2 həftə içərisində ləkələrin tam yox olmasına gətirib çıxarır. Lazerlə günəş ləkəsi müalicəsi birdəfəlik tətbiqdir.
Tətbiq sonrasında 1 həftə boyunca birbaşa günəş təmasından uzaq durmaq məsləhətdir. Həmin vəziyyətlə təkrar qarşılaşdıqda müalicə təkrarlana bilər.
Ləkələrdən bir dəfəyə xilas olan xəstələr, təkrar olmaması üçün günəşdən qorunma üsullarını tətbiq etməlidirlər.
Tətbiq sahələrinə günəş qoruyucularından istifadə etmək olduqca faydalıdır. Bu istiqamətdə günəş şüalarından qorunmaq üçün qoruyucu kremlərdən istifadə etmək məsləhətdir.

0 Yorumlar