Diş çürüklərinə qarşı faydalı qida!

Diş çürüməsi stamatalogiyada ən aktual və tez-tez müşahidə olunan problemlərdən biridir. Buna səbəb kimi hədsiz dərəcədə şirniyyatlardan istifadə göstərilir. Lakin bəs görəsən, hər birimizin başına gələ biləcək bu problemin qarşısını təbii yolla necə almaq olar?

Mütəxəssislərin apardığı araşdırmalara əsasən, pendir yeməklə diş çürüməsinin azaltmaq olar. Başqa sözlə pendir diş çürüməsinə qarşı faydalıdır. Bu ağartı məhsulu həm də diş boşluqlarında turşu qalıqlarını neytrallaşdırmağa və azaltmağa kömək edir.

Pendir həm də diş ətrafında qoruyucu təsirə malikdir. Verilən məlumata görə diş səthinin üzərində yüksək səviyyədə pH, diş aşınmalarına qarşı dişi qoruyur.

ABŞ-da Diş Həkimliyi Akademiyasının apardığı araşdırmalarda 12 və 15 yaş arasında 68 uşağın iştirak etdiyi bildirilir. Həmin araşdırmada iştirakçılar üç qrupa ayrılıblar.

1-ci qrupdan gündəlik qida istifadəsində pendirdən, 2-ci qrupa şəkərsiz qatıqdan, 3-cü qrupa isə bir stəkan süddən istifadə etmələri istənilib.

Test əvvəli və sonrası 20 dəqiqə müddətində dişlər üzərində pH səviyyəsi ölçülüb. Araşdırmaya başçılıq edən Vipul Yadav qatıq yeyən və süd içənlərdə ağızdakı pH səviyyəsinin dəyişmədiyini, pendir yeyən şəxslərdə pH səviyyələrində sürətli artım hiss olunub.

Yorum Gönder

0 Yorumlar