Xanım.net Sizə eviniz üçün kiçik büdcəli dekorasiya ideyalarını təqdim edir.
Rəngarəng kreslo modelləri
Divan kreslonuzu yeniləmək yerinə onların üzlərini dəyişdirə bilərsiniz. Xüsusilə evdə enerjili bir havanı sevirsinizsə, son illərin modası hər biri rəngli kreslolar evinizə tam fərqli bir gözəllik qatacaq.
Masa üstü dekorlar
Yemək masanızın üzərində rəngli aksesuarlarla dekorasiya edərək maraqlı fokus nöqtələri yarada bilərsiniz. Vintage, klassik və ya pop art aksesuarları bir arada istifadə edərək zəngin bir görünüşlü masaya sahib ola bilərsiniz.
Naxışlar
Evdə güzgülü mebeldən istifadə xoşunuz gəlirsə, onları naxışlarla zənginləşdirə bilərsiniz. Bunun üçün şüşə boyasından istifadə etmək olar.
Bu üsurllardan istifadə etsəniz evinizdə yeni bir nəfəs, yeni görünüş əldə edəcəksiniz.

0 Yorumlar