"Keçmiş sevgilim də eynilə belə edirdi"
İstənilən halda başqa biri ilə müqayisə bir insanın qüruruna toxuna bilər. Xüsusilə də müqayisə apardığınız şəxs, keçmiş sevgilinizdirsə...
"Uşaqlarımız olanda..."
Sevgilinizi həqiqətən sevirsinizsə, evləndiyinizi və uşaqlarınız olduğunu xəyal etməyiniz təbiidir. Hətta bəzən birlikdə olduğunuz insanla o qədər maraqlanarsız ki, bu cür fantaziyalar üçün erkən olsa belə özünüzü saxlaya bilməzsiniz. Amma əgər onu qorxudub qaçırmaq istəmirsinizsə, bu fikirlər içinizdə qalsın. Özü sizinlə bir gələcəyə dair xəyal qursa belə, Sizin bu fikirləri səsləndirməyiniz düzgün deyil. Çünki istənilən kişidə çərçivəyə salınma qorxusu var.
"O qızın gözəl olduğunu düşünürsən?"
Əgər o hansısa bir qızla bağlı müsbət fikir söyləyibsə, bu heç də onun kişilik hormonlarının göstəricisi deyil. Bir insan başqa bir insan haqda normal fikir söyləyə bilər. Bunun üçün onların mütləq şəkildə sevgili olmaqları şərt deyil.
"Mən yaxşıyam" və ya "Boş ver"
Üzünüzdən oxunur. Və son yarım saatdır ağzınızdan tək söz çıxmayıb. Əgər bu və digər səbəbdən əhvalınız yoxdursa, "yaxşıyam" deyib onu yola verməyin. Sizi üzən və narahat edən məqamları vaxtında ona bildirin. Əks halda gec olacaq. Sizi həqiqətən narahat edən şeyi söyləmək istədiyiniz zaman gəldikdə isə ikiniz də sağlam bir həll düşünməyəcək qədər əsəbi vəziyyətdə olacaqsınız.
Hər şeyi bir dəfə sınayaram
Anana nifrət edirəm
Bir oğlan üçün anası ilk sevdiyi qadındır. Onun sevgisi hətta Sizin sevginizi üstələyəcək qədərdir. Çünki o onu Sizdən daha öncə, hətta doğumundan öncə tanıyır, hiss edir. Anasının Sizlə olan münasibətləri hər nə qədər gərgin olsa da bunu ona hiss etdirməməyə çalışın. Və nə etsəniz edin, əsla bir tərəf seçməsini istəməyin. Əgər siz və anasının arasında qalsa, hər səfərində itirən Siz olacaqsınız.

0 Yorumlar