Meyvə və tərəvəzlərin insan sağlamlığı baxımından nə qədər əhəmiyyətli olduğunu bilirik. Xüsusilə istilərə görə bədənin müqavimətini artırmaq üçün çoxlu meyvə qəbul etmək lazımdır. Bəs yediyiniz meyvələrin həm də müalicəvi təsiri olduğunu bilirsinizmi?
Xanım.net bu dəfə Sizlərə dərman kimi də istifadə olunan meyvələri və onların faydalarını təqdim edir:
Albalı: C vitamini ilə zəngindir. Onun tərkibində B1, B2, B5 vitaminləri, maqnezium və kalsium da olur. Albalının ağrı kəsici xüsusiyyəti də var.
Üzüm: qan azlığının müalicə edir. Yüksək təzyiqi tənzimləyir. Ürək və s. xəstəliklərə qarşı təsirlidir.
Şaftalı: A və C vitaminləri ilə zəngindir. Su, mineral duzlar və şəkər baxımından zəngin olduğu bildirilir. Qəbizliyi aradan qaldırmağa da kömək göstərir. Sidik yollarını təmizləməyə kömək edir. Öd kisəsi və böyrəklər üçün faydalıdır.
Qarpız: Qarpızın tərkibində olan laykopen maddəsi xəstəliklərə qarşı qoruyucudur. Verilən məlumata görə A və E vitaminlərindən daha təsirlidir.
Qovun: Tərkibində bol miqdarda B vitamini, brom və yod olan bu qida əsəblərə də kömək edir. Həmçinin asan bir yuxu təmin etdiyi də bildirilir. Damar tıxanmaları və qan azlığı üçün təsirli hesab olunur.
Moruq: Yaşlılıqdan qaynaqlanan yaddaş itkilərinə qarşı çox təsirlidir.
Çiyələk: Tərkibində bol miqdarda A, B1, B2, C və K vitamini, zülal, şəkər, meyvə turşusu, dəmir, fosfor, natrium, kalsium və kalium olduğu bildirilir.
Ərik: Beynin nizamlı işini təmin etməyə, stressi azaltmağa kömək edir. Qaraciyərin sıradan çıxan hissələrini təmir edir. Sümüklərin və dişlərin daha düzgün və möhkəm olmasında əhəmiyyətli rol oynayır. Qan yaranmanı artıraraq, qan azlığına mane olduğu bildirilir. Həmçinin cinsi gücü artırmağa da kömək edir.
Alça: C vitamini ilə zəngindir. Həzm sistemini tənzimləyir və ürəyə xeyri var.

0 Yorumlar