Bal ayına çıxarkən bunları unutmayın!

Sevgilinizlə muradınıza çatdıqdan sonra romantik bal ayı üçün xoşbəxtlik sərxoşluğundan bəzi detalları unuda bilərsiniz.

Uzun və yorucu toy sonrasında dincliyi və həyat yoldaşınızla yaşayacağınız əfsanəvi bir tətili planlaşdırarkən, bəzi məqamlara diqqət etməlisiniz.

Əvvəlcə bal ayına çıxmadan əvvəl tətil əsnasında xərcləyəcəyiniz büdcəni nizamlayaraq bunun xaricinə çıxmamağa diqqət edin.

Planlarınızı artıq cüt şəkildə qurmağa alışmaq məcburiyyətindəsiniz. Bal ayının ikiniz üçün də çox xüsusi keçməsini istəyirsinizsə, bütün xəyallarınızı götür-qoy edib, birlikdə qərar verin.

Büdcənizə görə böyük bir otel otağı və ya dəniz mənzərəsi sizi xoşbəxt edəcək.

Toyun sabahısı günü erkən saata bilet almamağa diqqət yetirin. Nəticədə toy yorğunluğunu atmaq uzun sürəcək.

Romantik bir gecə xəyallarınız varsa, mütləq qəşəng bir ziyafət paltarı və buna uyğun ayaqqabılarınızı yanınızda aparın. Son olaraq təlaşla fotoaparatı unutmaq yaddan çıxmasın.

Yorum Gönder

0 Yorumlar