Bu bitkilərdən təzə-təzə, həmçinin, qurudulmuş halda ayrı-ayrılıqda çay kimi dəmləyib içmək olar, yaxud qara və ya yaşıl çaya qatıb dəmləmək olar. Onların tərkibi vitaminlərlə, mineral maddələrlə zəngindir. Əhvalı yaxşılaşdırır, gümrahlıq gətirir, imunniteti möhkəmləndirir.
- Çobanyastığı
- Ağcaqovaq tumurcuğu
- Cavan ağ şam ağacının yarpağı
- Cökə çiçəyi, yarpağı
- Çaytikanı yarpağı, çiçəyi, meyvəsi
- Kəklikotu
- Gilasın cavan budaqları və yarpağı
- Gilənarın cavan budaqları və yarpağı
- Xəndəkotu
- Qaytarma otunun çiçəyi, 3-7 sm uzunluqda kökün yerüstü hissəsi
- Qara şam (qara ağac) ağacının yarpağı
- Qara qovaq tumurcuğu
- Qaragilə çiçəyi, yarpağı, meyvəsi
- Qarağat (qara, qırmızı) yarpağı, çiçəyi, meyvəsi
- Quşüzümü (qara, qırmızı) çiçəyi, yarpağı, meyvəsi
- Peyğəmbər çiçəyinin kənar ləçəkləri
- Şam tumurcuqları
- Şam ağacının yumşaq və yaşıl may qozları
- Şimal moruğunun, eləcə də, adi moruğun təzə yarpaqları, çiçəyi, kökü
- Tozağacı tumurcuqları və yarpağı, şirəsi

0 Yorumlar