Blinçik Üçün:
- Yumurta 2 əd
- şəkər tozu-1 xörək qaşığı
- süd 2 stəkan
- un 1 - 1/5 stəkan
- bitki yağı 2 xörək qaşığı
- bir çimdik duz
İç üçün:
- çəkilmiş mal əti 500 q
- 1 ədəd orta boy soğan
- duz
- istiot
- qızartmaq üçün bitki yağı
Hazırlanması
Əvvəlcə içi hazırlayırıq. Bunun üçün tavada 2 xörək qaşığı bitki yağında soğan və əti qızardırıq. Duz, istiot əlavə edirik.
İndi isə blinçikləri hazırlayın.
Kiçik tavanın dibinə yağ tökün. Blinçikin xəmirindən təxminən 1/4 stəkan götürüb tavaya tökün Xəmiri tavaya tökən kimi, tavanı o tərəf bu tərəfə əyin ki, xəmir yayılsın. Blinçikin bir tərəfi qızaran kimi, o biri tərəfinə çevirib qızardın. Beləcə bütün blinçikləri bir-bir bişirib bir qabda üst-üstə yığın.
Hər blinçikin ortasına hazırladığınız içdən qoyun. Zərf şəklində bükün
Sonra tavada bir qədər bitki yağı qızdırın. Blinçiklərin hər iki tərəfini bu yağda azacıq qızardın. Ətli blinçiklərimiz hazırdır.
Nuş olsun!

0 Yorumlar