Soya souslu kartof salatı

Ərzaqlar:



  • 8 ədəd orta boy kartof,

  • 2 ədəd orta boy qırmızı soğan,

  • 10 ədəd turşu,

  • 10 ədəd pomidor,

  • şüyüd.


Hazırlanma qaydası:


Kartofları qaynadın. Soyuduqdan sonra qabıqlarını soyub, iricə doğrayın. Geniş bir qaba alıb üzərinə xalqa doğranmış soğan, ikiyə bölünmüş turşu və pomidor əlavə edin. Şüyüd və sous əlavə edin.

Sous üçün:



  • 4 şorba qaşığı soya sousu,

  • 6 şorba qaşığı zeytun yağı,

  • yarım limonun suyu,

  • qara bibər, pulbibər

Yorum Gönder

0 Yorumlar