Qadın və kişilərin əsas mübahisə səbəbləri

Qadın və kişilər zaman-zaman müxtəlif səbəblərdən mübahisə edirlər. Lakin bu mübahisələrə səbəb nə olur? Xanım.net bu mövzuda da Sizi məlumatlandırmağa və necə deyərlər "alışan oda su tökməyə" çalışacaq : )

Beləliklə xanımlar və bəylər arasında mübahisə mövzusuna çevrilən 5 əsas səbəb:

  • Boş zamanlar, xüsusilə çalışan cütlüklər üçün çox dəyərlidir, lakin eyni zamanda əsas fundamental döyüş səbəblərindən biridir. Hər iki tərəf bu zamanlarda bir-birini digərinə daha az vaxt ayırmaqda iddiham edir.

  • İfrat dərəcədə alış-veriş aludəçiliyi, bədxərclik.

  • Dünyanın harasına gedirsiz gedin, mütləq hər cütlük bir qısqanclıq sindromu yaşayır. Bu problemi aradan qaldırmaq üçün ilk növbədə özünüzə, daha sonra qarşı tərəfə güvənməyi öyrənin.

  • Ev işlərini paylaşmaq da əsas mübahisə mövzularındandır. Belə ki, kişilər bu işləri xanımların görməli olduğunu iddia edirlər. Xanımlar isə işlərin çoxluğundan zaman-zaman əsəbi gərginlik yaşayırlar. Bu halda hər iki tərəfin bir-birinə qarşı anlayışla yanaşması və sivil şəkildə müzakirə apararaq, iş bölgüsü etməyi lazımdır.

  • Cinsəllik mövzusu - Evlənmədən öncə birlikdə olma mövzusu bir çox əlaqənin bitməsinə səbəb olduğu kimi evlilikdə yolunda getməyən seks həyatı da cütlüklər arasında gərginliyi artıran səbəblərdəndir. Bu kimi hallarda psixoloji dəstək almaq məqbul sayılır.

Yorum Gönder

0 Yorumlar