Xalq təbabəti vasitəsi ilə qabardan azad olmanın bir neçə üsulunu nəzərinizə çatdırırıq:
1-ci üsul
Qabarı müalicə etmək üçün bankaya soğan qabığını yığın və üstünü örtəcək qədər sirkə tökün. Bankanın ağzını bağlayaraq 2 həftəlik otaq temperaturunda saxlayın. Sonra qabıqları çıxarın, qurudun.
Qabarın ətrafını vazelinlə yağlayın və qabarın üzərinə 2-3 mm qalınlığında soğan qabığı qoyduqdan sonra bağlayın. Səhər heç bir əziyyət çəkmədən qabarı qoparın. Çox böyük qabarlar üçün bu proseduru bir neçə dəfə təkrar etmək olar.
2-ci üsul
Yatmadan öncə ayağınızı isti su ilə vanna edin və qabarın üzərinə limon dilimi qoyaraq bağlayın. Bu proseduru 2-3 dəfə təkrar etdikdən sonra qabarı qopardın.
3-cü üsul
Aloye bitkisinin yarpağını təmiz yuyun, ortadan bölərək qabarın üstünə qoyun və üstünü polietilenlə örtün. Bir gecəlik üstünü bağladıqdan sonra səhər qabarı daban daşı ilə təmizləyin.

0 Yorumlar