Hər qadının arzusu belinin incə olmasıdır. Hamımız normal qidalanaraq arıq qalmaq istəyirik və bir neçə məhsulun sayəsində bu mümkündür. Xüsusilə belin nazik qalmasına xidmət göstərən qida növləri mövcuddur. Yeganə şərt onları daima qida rasionunuza əlavə etməkdir.
Paxlalı bitkilər
Paxlalı bitkilər çox faydalıdır. Onların tərkibində B vitamin qrupu və A vitamini vardır. Onların tərkibində olan flavonoid maddəsi bel və qarın nahiyəsində piy qatının yaranmasına mane olur. Paxlalı bitkilərə soya, noxud, maş, mərci və nut aiddir.
Armud
Armud az kalorili, dadlı meyvədir.
Flavonoidlə yanaşı tərkibində fol turşusu olan armud çox faydalıdır. Lakin bu meyvənin qaz əmələgitirdiyini və bərkidici efektə malik olduğunu unutmayın.
Soyuq kartof
Çoxlarımız kartofu sevirik, lakin onun kökəldən məhsul olduğunu bilirik. Dietoloqlar kartofu yalnız soyuq halda yeməyi icazə verirlər. Yalnız bu halda onun tərkibində dayanıqlı kraxmal kristalları yaranır. Bu halda kraxmal beldə piy qatı əmələ gətirmir.
Popkorn
Popkorn duz, şəkər, yağdan istifadə olunmadan hazırlanıbdırsa o bağırsağı təmizləmək üçün əla vasitədir. Bu isə artıq çəkinin yığılmasına mane olur.
Günəbaxan tumları
Bu tumla demək olar ki, vitamin xəzinəsidir. Bununla yanaşı arıqlamaq üçün əvəzsiz vasitədir. Unutmayın ki, orqanizm yalnız 100 qr tumu həzm etməyə qadirdir.
Yer fındığı
Məlumdur ki, yer fındığı kalorili məhsuldur. Lakin bu faydalı məhsuldu 50 qramdan artıq istifadə etmək düzgün deyil. Yalnız bu halda o sizi kökəltmir, əksinə gün ərzində toxluq hissi yaradır.
Alma sirkəsi
Alma sirkəsini salatlara qataraq faydasını görəcəksiniz. Sirkə beldə piy qatının əmələ gəlməsinə mane yaradır. Sirkənin tərkibində A vitamini və antioksidant pektin olduğunu unutmayın. Bununla yanaşı sirkə iştahanı azaldır və arıqlamağa kömək edir.
Ağ çay
Çayın bu növü mütəmadi olaraq qəbul edildikdə piy hüceyrələrini əridir.
Bu qidalarla yanaşı idmanla da məşğul olsanız belinizdə piy qatı daha efektiv şəkildə yox olacaqdır.

0 Yorumlar