Hellim pendirli salat

Ərzaqlar:



  • 1 ədəd kahı,

  • 2 orta boy pomidor,

  • 1 kiçik konserv soya,

  • 1 paket hellim pendiri, (Kipr mətbəxinə məxsus)

  • 1/2 fincan zeytun yağı,

  • yarım konserv qarğıdalı,


Sous üçün:



  • 1 limonun suyu,

  • 1 fincan zeytun yağı,

  • 2 yemək qaşığı sirkə,

  • 1 qaşıq mayonez, duz


Hazırlanma qaydası:


Kahını, pomidorları və digər bütün salat vəsaitini yuyub doğrayın. Hellim pendiri xaric bütün vəsaiti qarışdırın. Hellim pendirini zolaqlar halında kəsib sobada ya da tavada qızardı.

Yaşıllıq qarışığını salat qabına tökün, sousu hazırlamaq üçün zeytun yağı, limon suyu, sirkə, mayonez və duzu qarışdırın, salatın üzərində gəzdirin. Qızarmış hellim pendirlərini salatın üzərinə əlavə edin.

Yorum Gönder

0 Yorumlar