Ərzaqlar:
- 2 ədəd quzu beyni,
- 1 ədəd kiçik boy kərəviz,
- 1 ədəd kiçik boy quru soğan,
- 1 ədəd kiçik boy kök,
- 3-4 ədəd acı bibər,
- 1 çay qaşığı zeytun yağı,
- yarım ədəd limon suyu,
- duz.
Qarnir üçün: 2 yarpaq kahı, 1 ədəd pomidor, 1 ədəd qaynadılmış kartof.
Hazırlanma qaydası:
Kərəviz, kök və quru soğanı soyub, 4-ə bölün. Bir qazana tərəvəzləri və yaxşıca yuduğunuz beyinləri qoyub, üzərini keçəcək qədər su əlavə edin, qaynadın və kefgirlə qazandan çıxarın. Dilimləyərək servisinə qabına yığın. Üzərinə limon suyu və zeytun yağı gəzdirin.

0 Yorumlar