- armud - 2 əd.
- quru qırmızı şərab - 250-500 ml.
- Hil- 2-3 dənə
- Mixək - 3-5 dənə
- darçın - 1/2 çay qaşığı
- şəkər – zövqə uyğun
- dondurma - 100 qr.
Kiçik bir qazanda darçın, hil və mixəyi qarışdırın. 1 stəkan şərab əlavə edərək qaynadın.
Armudu soyduqdan sonra yarı bölün və qaynayan şərabın içinə qoyun. Armudlar şirin deyilsə bal və ya şəkər də qata bilərsiniz şərabın içinə. Yumşaq armud növlərini 5 dəqiqə, bərk armudları isə 30 dəqiqə bişirin. Daha sonra armudları soyumaq üçün kənara qoyun, lakin şərabı bir qədər də qaynadın. Boşqaba armudu və dondurmanı qoyduqdan sonra üzərilərinə süzgəcdən soyudulmuş şərabı tökün.
Nuş olsun.

0 Yorumlar