- Buğda unu – 3 st
- Süd – 300 ml
- Yumurta – 3 ədəd
- Kərə yağı – 100 qr
- Qaymaq – 150 qr
- Maya – 40 qr
- Duz
- Şəkər
İlıq süd, unun yarısını və mayanı qarışdıraraq isti yerdə saxlayırıq. Süd mayalandıqdan sonra kərə yağı ilə qarışdırılmış yumurta sarılarını əlavə edirik və hamısını qarışdırırıq. Un əlavə etdikdən sonra zövqünüzə görə duz və şəkər qataraq qarışdırın və isti yerdə saxlayın.
Yumurtanın ağını və qaymağı ayrı-ayrılıqda çalın. Xəmir qalxdıqdan sonra içinə çalınmış yumurta ağını və qaymağı əlavə edin. Xəmiri 15-30 dəqiqəlik saxladıqdan sonra blinləri bişirə bilərsiniz.
Nuş olsun!

0 Yorumlar