Vitaminlərin çatışmazlığı insan orqanizmində özünü həmişə biruzə verir. Avitaminoz vitamin növündən asılı olaraq hər orqana bir başqa cür öz fəsadını verir. Bəs bunun qarşısını almaq üçün nə etmək lazımdır?
Qış keçir, lakin yaz avitaminozu orqanizmi sarsıdır.
Akseroftol və ya A vitamini çatışmayanda gözlər yorulur, görmək qabiliyyəti zəifləyir, saçlar tökülür, baş dərisi qabıq qoymağa başlayır.
Tez yorulma, baş ağrıları, iştahsızlıq və yuxusuzluq müşəyət olunursa – bu B1, tiamin, B9 və fol turşusunun çatışmazlığına işarədir. Dodaqda yaralar əmələ gəldiyində, dodaq çatlayanda, üz dərisi qabıq qoyanda B6 vitamininə tələbat var deməkdir. Yaddaş zəifliyindən, əl-ayaq keyiməsindən, mədə ağrılarından şikayətiniz varsa B12 vitamininə ehtiyacınız var deməkdir. Damaq qanamaları və horaların gec bitişməyi narahat etdiyi halda bilin ki, qidanızda C vitamini və askorbin turşusu çatışmır.
E və D vitamini çatışmayanda get-gedə çəkiniz itir və tərləmə halları çoxalır. RR (nikotin turşusu), B15 və K vitaminin yoxluğu gec anlaşılır. Böyrək və ciyərin funksionallığını, orqanizmdə maddələr mübadiləsini, xolesterinin miqdarını tənzimləmək üçün bu vitaminlərin mövcudluğu çox vacibdir.

0 Yorumlar