Bu xəbər, həyat yoldaşı antidepresan istifadə edən qadınları daha çox maraqlandırır. Həyat yoldaşları antidepresan dərmanlar istifadə edən xanımlara heç də xoş olmayan bir xəbər var! Bu cür dərmanlar qəbul edən kişilər boşanırlar.
Aparılan araşdırmalar zamanı məlum olub ki, illərdir boşanmaq istəyən amma bu fikrini həyata keçirməyə çəkinən kişilər antidepresan qəbul etdikdən sonra düşüncələrində daha qətiləşirlər.
Antidepresan istifadəsinin ötən illərə nisbətən daha da artdığını vurğulayan mütəxəssislər bu dərmanların mənfi təsirini elə kişilərdə boşamma hissini artırdığını deyirlər.
Mövzuya fikir bildirən həkimlər isə söyləyirlər ki, illərdir boşanmağı düşünən kişilər antidepresan istifadə etdikdən sonra düşüncələrini həyata keçirməyə çalışırlar. Hətta başqa məqamlarda da bu dərmanların təsiri özünü büruzə verir. Belə ki, hər zaman işinə vaxtında gələn adam işə gecikir, verilən işlərin öhtəsindən tam olaraq gəlmir. Əgər şagird antidepresandan istifadə edərsə dərslərindən uzaqlaşamağa başlayır. Boşanmalar və iş yerlərinin dəyişilməsi adətən bu dövrə təsadüf edir. Insanlar şəxsi həyatları ilə bağlı digər ciddi qərarları da adətən bu dövrdə qəbul edirlər.

0 Yorumlar