Xəmiri üçün:
- 2 ədəd yumurtanın sarısı
- 150 qr kərə yağı
- şəkər tozu 150 qr
- xama 100 qr
- bir çimdik duz
- bir çimdik darçın
- qabartma tozu
- 350-400 qr un.
- turşməzə alma 400-500 qr
Bizenin hazırlanmas üçün 2 ədəd yumurtanın yağı, şəkər tozu 150 qr vanil tələb olunur.
Necə hazırlayırıq:
Yağla şəkər tozunu mikserlə çaldıqdan sonra yumurtanı əlavə edirik. Xamaya qabartma tozunu qarışdıraraq ümumi kütlə ilə qarışdırırırq və vanil əlavə edirik. Sonda un əlavə olunur və xəmir yoğrulur.
Xəmiri hazirladıqdan sonra 1/4 hissəsini dondurucuya qoyun bərkiyənə kimi. Qalan xəmiri bir qaba yerləşdirilir. Xəmiri qabın bir az kənarlarına qədər qaldırın.
Soyuducuya təxminən 30 dəqiqəlik qoyun. Bu arada almaları sürtgəcdən keçirin və alma sıyığına 1 çimdik darçın əlavə edin. Yumurtanın ağını bərkiyənə qədər çalın, sonra şəkər tozunu yavaş-yavaş əlavə edərək çalmağa davam edin.
Xəmiri soyuducudan çıxarın, üzərinə almanı və sonra yumurta ağını əlavə edin. Sonda buzxanada olan xəmiri sürtgəcdən yumurta ağının üzərinə keçirin. Öncədən isidilmiş sobada 30-40 dəqiqə ərzində 180 dərəcədə bişirin.
Nuş olsun

0 Yorumlar