Başlamazdan əvvəl sevdiyiniz meyvə, tərəvəz və mineral suları alın. Bundan əlavə Sizə ot çayları (çobanyastığı, nanə), C vitamini həbləri və şirəçəkən lazım olacaq. Bu pəhrizin əsas qaydası budur ki, pəhrizi tutacağınız müddətdə heç bir fiziki işlə məşğul olmamağınız məsləhətdir. Yəni ki:-qonaq idmanç qonaq qəbul etmək və ev yığışdırmaq fikrindən daşının.
[highlight color="yellow"]- gün ərzində 1 litr qazsız mineral su içməlisiniz – təxminən 8 stəkan.[/highlight]
BİRİNCİ GÜN
səhər yeməyi:
Günə meyvə salatı ilə başlayın. Bura qreypfrut, portağal, mandarin, ananas, alma və bir neçə gilə üzüm daxil ola bilər. Bu salatdan 1 kasa yeyə bilərsiniz.
Çay, qəhvə əvəzinə ot çayı və ya mineral su için.
1-2 saat sonra: Kivi, üzüm yeyə bilərsiniz.
Nahar:
Banandan başqa hər hansı meyvə əsas qidanız olacaq.Yenə də ot çayları və mineral su için.
Yatmadan öncə:
Bir ədəd banan yeyə və çobanyastığı otunun çayını içə bilərsiniz.
Səhər yeməkdən qabaq 2 ədəd C vitamini həbi qəbul edə bilərsiniz.
İKİNCİ GÜN
səhər yeməyi:
Bir stəkan kök şirəsinə duz və qara istiot əlavə edib için. Qrildə 4 pomidoru qızardın və yeyin. Bu oqranizmi duz itkisindən qoruyacaq. 1 stəkan ot çayı için.
1-2 saat sonra: Sevdiyiniz tərəvəzlərdən ibarət salat : yaşıl salat, xıyar, turp, yaşıl soğan, yaşıl və ya sarı bibərə duz və limon şirəsi əlavə edə bilərsiniz. Mineral su və ya ot çayı için.
nahar:
Buxarda brokoli, gül kələm, ispanağı bişirin və parmezan pendiri ilə duz əlavə edin. Meyvə şirəsi və ya mineral su için.
Səhər yeməyindən sonra 2 ədəd C vitamini həbi qəbul edin.

0 Yorumlar