İkinci bahar yaşayır qəlbim...

Ətrafımızda olan hər kəs kişiləri necə cəlb edək, necə ərə gedək mövzusu ilə maraqlanır. Bəs Siz çoxdan ailəlisinizsə? Həyat yoldaşınız mütəmadi olaraq Sizə çiçək alır, ev işlərində kömək edir, lakin  sizin ona qarşı olan məhəbbətiniz sönüb və onun sizin üçün etdiyi heç bir şeyin mənası qalmayacaqdır.

Bəs ailəni qorumaq üçün həyat yoldaşınıza yenidən necə vurulasınız? Bu mümkündürmü?

Dəyişikliklər axtarışında.


Siz nə vaxtsa bu insanı seçmisinizsə deməli, sizi onda nə isə cəlb edib. İlk öncə onun çatışmazlıqlarına diqqət yetirin. Bəlkə onları düzəltməyə cəhd göstərəsiniz? Bəlkə bundan sonra yenidən ona sevgi dolu baxışları ilə baxa biləcəksinz?

Adiləşmiş seks


Toya kimi özünüz haqqında “istənilən kişini ağıldan edərəm” deyə düşünürdünüz. Lakin indi intim yaxınlıq monoton prosesə dönüb? O sizi artıq qazanmışdır. Siz romantik sevgilidən uşaq tərbiyə edən, paltaryuyan ev qadınına dönmüsünüz. Əgər seksual münasibətlər sizin üçün vacibdirsə, o zaman fəaliyyətə keçin. Gözəl alt paltarı geyinin, onun üçün rəqs edin. Bu halda da onun sizə marağı oyanmasa, onun qısqanclıq hisslərini oyatmağa çalışın.

Digər kişilərin sizi cazibədar hesab etdiyini ona göstərin.

Xarici görkəmin deqradasiyası


Qadınları çox vaxt qınayırlar ki, evlilik zamanı özlərinə artıq fikir vermirlər. Lakin bu səhvi bir çox kişilər də buraxır və bu qadınları onlardan uzaqlaşdırır.

Əsassız qısqanclıq


Bəzən toydan sonra kişilərdə yoldaşlarına qarşı dəhşətli qısqanclıq başlayır ki, bu da qadını özündən çıxarır. Bu vərdişini ona tərgitməyə çalışın. Yalnız bu zaman ona hissləriniz oyana bilər.

Pis valideyin


Bir çox kişilər uşaq dümyaya gələndən sonra evdən uzaq dururlar, hər şey onları qıcıqlandırır. Bir az anlayışlı olun. Bu onların gələcəkdə pis ata olacaqlarına sübut deyildir. Siz ya onu dəyişməli, ya da olduğu kimi qəbul etməlisiniz.

İlluziyalara əlvida

İlk ehtiras tez keçir. Onu əvvəlkitək sevmədiyiniz ayrılmağınıza səbəb olmamalıdır.

Bir yerdə istirahət edək.


Bəzən keçmiş hissləri qaytarmaq üçün uzaq yerlərə bir yerdə getmək faydalı olur. Bu zaman romantik hisslərin baş qaldıracağı ehtimalı böyükdür.

Bəzən biz yanımızda olanların dəyərini bilmirik. Qadınların ən böyük səhvi öz həyat yoldaşlarını başqa kişilərlə müqayisə etməkdir. Bəlkə də bir neçə il sonra siz yanınızda məhz həmin adamın olduğuna görə qismətinizə minnətdar olacaqsınız.

Yorum Gönder

0 Yorumlar