Dadından doymaq olmur

Qış fəslinə uyğun olan bu yeməyi 4 nəfərlik bişirəcəksinizsə sizə lazımdır:

  • sümüklü qoyun əti 1 kq

  • kərə yağı 6 xörək qaşığı

  • uzun-uzun doğrayınmış iri baş soğan –1 ədəd

  • şabalıd – 4 stəkan

  • duz, istiot

  • qaynar su - 2 x. qaşığı

  • dənələnmiş turşməzə nar - 2 stəkan


Əti bir qazana qoyub, qazanı su ilə doldurun. Əti 15 dəqiqə bişirin. Əti bulyondan çıxarıb kənara qoyun. Tavada soğanı qızardın və ona əti əlavə edin. Hər ikisi qızarandan sonra şabalıdı əlavə edin.

Daha sonra ət bulyonundan 1 stəkan götürüb qazana əlavə edin. Duz və istiot vurun. Tavanın qapağını qoyun və yeməyi orta odda təxminən 30 dəqiqə, və ya ət bişənədək bişirin. Bişənə yaxın nar əlavə edin və daha 5 dəqiqə qovurun.

Yorum Gönder

0 Yorumlar