Bel nahiyəsinin piylərini necə əridək

 Bütün korpusla edilən hərəkətlər



  • ayaqlarınızı bir qədər aralı, əllərinizi isə belinizə qoyun;

  • çiyinlərizi bütün korpusunuzla sağa, sonra isə sola çevirin;

  • bədənin aşağı hisəsi hərəkətsiz qalır.


Əyilmələr



  • düz dayanın, ayaqlarınız bir qədər aralı stula oturaraq kimi əyiln;

  • əllərinizi sağ budunuza doğru bitişik vəziyyətdə saxlayın;

  • düz durun, sol buda doğru əllərinizlə yarımdairə təsvir edin;

  • ayağınıza buda doğru qaldırın.


Velosiped



  • uzanın, ayaqlarınızı dizdən qatlayaraq yuxarı doğru qaldırın;

  • sağ dirsəyiniz sol dizə, solu isə sağ dizə doğru hərəkət elətdirin.


Yan üstə qalxmalar



  • bir yanınız üstündə uzanaraq, əlinizi başınızın altına qoyun;

  • çiyinlərinizi aralı saxlayın;

  • hər iki tərəfə korpusunuzu bir neçə dəfə çevirin.


Ayaqla edilən hərəkətlər



  • döşəməyə sağ yanınız üstündə uzanın;

  • ayağınızı qaldıraraq  hər tərəfə hərəkət etdirin;

  • sağ tərəfə dönərək eyni hərəkəti təkrarlayın.


Dartınmalar



  • yerə oturun ayaqlarınızı aralı qoyun;

  • qollarınızı  dirsəkdən qatlayın və onlara söykənin;

  • çiyinlərinizi düz saxlayın;

  • dizlərinizi çiyinlərinizə doğru düz bucaq altında saxlayın, baldırlarınız döşəməyə  paralel şəkildə olmalıdır;

  • ayaqlarınızı döşəməyə toxundurmadan qabağa uzadın;

  • yenidən ayaqlarnızı çiyinə doğru qaytarın, əvvəl 5, daha sonra 15 dəfə təkrar edin.


Oturub qalxmalar



  • Yarı oturan şəkildə bir neçə dəfə əyilib qalxın.


Əvvəl yavaş, sonra tez-tez təkrarlayın.

Məşq zamanı əlləriniz qabaqda, qarnınız içəri doğru çəkilmiş olmalıdır. Daha sonralar bu hərəkətləri 100-dək artırmaq lazımdır.

Burulmalar



  • döşəməyə oturun, ayaqlarınızı aralı saxlayın;

  • arxaya doğru dirsəklənərəq uzanın;

  • dizlərinizi bədənə doğru gətirin, sonra hər iki tərəfə hərəkət elətdirin. Sonra ayağınızı havaya qaldıraraq gah sola, gah da sağa doğru hərəkət elətdirin. Burularaq edilən hərəkəti 10 dəfə təkrarlayın.

Yorum Gönder

0 Yorumlar