Soyuq havalarda evlərimizdə və mağazalarda ən çox rast gəlinən xurma (korolyok) meyvəsidir.
Vətəni Çin olan bu meyvə ilk öncə Şərqi Asiyada, daha sonra isə Yaponiyada geniş yayılmışdır. 500-dən çox növü olan bu meyvənin faydalı xüsusiyyətləri nədən ibarətdir? Xurmada olan faydalı mikroelemenlər almadan 2 dəfə daha çoxdur. Bundan başqa meyvənin tərkibində antioksidantlar, su, zülal və orqanik turşular boldur.
Xurma kalsium, dəmir, fosfor, A,C və R vitaminləri ilə də boldur. Bundan əlavə bu meyvə sinir sistemini sakitləşdirir, iştah gətirir və insanın işgüzarlıq qabiliyyətini artırır. Bu diyetik meyvəni xüsusilə mədə-bağırsaq pozğunluğunda məsləhət görürlər, çünki xurmanın tərkibində bağırsaq fəaliyyətinin bərpası üçün lazımlı pektin maddəsi var.
Xurmada fruktoza və qlyukoza ilə bol olduğu üçün onu ürək-damar xəstəliyindən əziyyət çəkən insanlara tövsiyyə edirlər. Bundan əlavə o bakterisid təsirə də malikdir. Bağırsaqda olan lazımısz bakteriyalara qarşı əsl dərmandır.
Sonda onu qeyd edək ki, şəkər diabeti olan xəstələr bu meyvədən ehtiyatla istifadə etməlidirlər, çünki xurma qanda olan şəkərin miqdarını artırır. Antidepresant xüsusiyyəti olan bu meyvəni müasir streslə dolu olan həyatımızda bol-bol istifadə etmək məsləhətdir.

0 Yorumlar