Qadınlar bənövşəyi rəngdə geyinən kişiləri bəyənirlər

Alimlər müəyyən ediblər ki, geyimin rəngi insanın xarici görkəmində vacib rol oynayır. Keçirilən sorğunun nəticəsinə görə bənövşəyi rəngli köynək geyinmiş kişilər əks cinsin nümayəndəsinə daha cazibədar görünür.

Qadınların 36% -i qeyd etmişdir ki, bənövşəyi rəngin çalarlarına üstünlük verən kişilərə görüş dəvəti ilə bağlı “yox” cavabı verməzlər.

The Times of India –nın verdiyi məlumata əsasən, qadınların 13% fikrincə kişi ağ, 11% isə çəhrayı və ya mavi köynəkdə olsa onların rəğbətini daha tez qazana bilər.

Hər 20-ci qadın sevdiyinin nə geyindiyinə nəzarət edir. Qadınların 30% isə sevdiklərinin geyim üslubundan utanaraq, onunla cəmiyyətə  çıxmaqdan çəkinirlər.

Yorum Gönder

0 Yorumlar