Həm faydalı, həm dadlı

Bayramlardan sonra hər birimiz yığdığımız artıq çəkidən azad olmaq istəyirik. Buna görə həm faydalı, həm dadlı, həm də az kalorili desertlə tanış olun.

İçi doldurulmuş bişmiş alma.


Bunun üçün lazımdır:

  • İri alma - 1 ədəd

  • Üzüm – 30 qr

  • Qoz – 30 qr

  • Yoqurt – 50 ml

  • Duru bal - 15 qr

  • Portağal qabığı – 1 qr

  • Limon şirəsi – 5 ml


Necə hazırlayaq:


Almanı yuyun, yuxarı hissəsini kəsin (qapaq kimi).  Almanın içini oyun (divarının qalınlığı 0,5 sm qalmalıdır).

Üzümü və qozu doğrayıb almanın içinə doldurun. Almanı 20-25 dəqiqəlik 180C dərəcədə isidilmiş sobada bişirin. Qıraqda yoqurt, duru bal, xırda doğranmış portağal qabığını və limon şirəsini qarışdırın və 20 dəqiqəlik otaq temperaturunda saxlayın. Alma bişdikdən sonra hazırladığınız sousu almanın üzərinə tökün.

Nuş Olsun!

 

Yorum Gönder

0 Yorumlar