Piylənmə əsrimizin xəstəliyi olsa da, kökəlmək istəyən insanlar da azlıq təşkil etmir.
Belə ki, anoreksiya bir çox ulduzun əziyyət çəkdiyi xəstəliklərdəndir. Bəzi insanlar isə normal çəkiyə çatmaq üçün bir neçə kiloqram yığmaz üçün əziyyət çəkirlər. Bununla bağlı bir neçə məsləhət verə bilərik.
Çəki yığmaq üçün tez-tez və kalorili qida qəbul etmək lazımdır. Xüsusən, tərkibində zülal olan qida növlərinə üstünlük verin. Çünki zülal piy qatını deyil, əzələ toxumlarını artrırır.
Zülal əsasən: noxud, paxlalı bitkilərdə, kartof və düyünün tərkibində olur. Əzələ toxumlarınızı düzgün yetişdirmək üçün idmanla məşğul olmağınız lazımdır.
Çəki yığmaqda vacib olan məhsular: çörək, makaron, düyü.
Meyvələr: qurudulmuş, şəkərli meyvələr, siropda konservləşmiş meyvələr, meyvə şirələri.
Tərəvəzlər: avokado, zeytun, kartof, qarğıdalı, balqabaq.
Mal əti, toyuq əti, ördək əti, donuz əti, yer fındığının yağı və s.
Süd, meyvəli yoqurtlar, dondurma, pudinq, sırok, südlü kokteyllər.
Şirniyyat və yağlı yeməklərə üstünlük verməyin, çünki bu zaman əzələlərin şişməsi əvəzinə piy qatı yığacaqsınız.
Enerji artıran içkilər də çəki artımına səbəb olur.
Bundan əlavə əsas qidanın arasında yemək yeməyi unutmayın. Bu halda südlü kokteyl, yoqurt, bulka köməyinizə çatacaq. Çəki artımı üçün qaçmaq, rəqs və aerobika əvəzinə idman zallarında trenajerda məşq etməyiniz yararlı olacaq.
Lakin, çəkinizin 100 və ya 45 kiloqram olması önəml deyil. Əsas odur ki, özünüzü olduğunuz kimi qəbul edib və sevin ki, ətrafınızdakılar da Sizi bu cür bəyənsin.

0 Yorumlar