- Brokoli kələminin 1 porsiyası yarım dənə vitamin həbinə bərabərdir. İnsanı tonusda saxlayan bu tərəvəz qan dövranını yeniləmədkə əvəzsiz vasitədir. C vitamininin miqdarına görə bütün sitrus meyvələrindən irəlidədir. Tərkibində K vitamini dərinin və əzələlərin cavan, gümrah qalmasına səbəb olur. Bundan əlavə görmə qabiliyyətinə müsbət təsir göstərən A və PP vitaminləri də brokolinin tərkib hissəsidir.
Bu tərəvəz ürəyinizin və sümüklərinizin əsl həkimidir. Kalium və natrium ilə ürəyə xidmət göstərən brokoli, fosfor və kalsium ilə sümüklərin möhkəm olmasına kömək edir.
Zülal ilə bol olduğu üçün bu tərəvəz əsl pəhriz qidasıdır, həmçinin mədə və bağırsaqda xoranı müalicə edir. Onu skleroza, stresə qarşı, əsəb sisteminin möhkəmlənməsində, qan tərkibinin yaxşılaşmasında istifadə edirlər.
Bu yaxınlarda isə brokolinin tərkibində sulforafan maddəsi aşkar olunmuşdur ki, bu da mikroba və xərçəngə qarşı mübarizə aparmaq üçün geniş istifadə olunur.

0 Yorumlar