Yeni il üçün internetdən alış-veriş

Son vaxtlar daha da məşhurlaşan internetdən alış-veriş zamanı bəzi təhlükəsizlik qaydasına əməl etməməklə başınız ağrıya bilər.
Yeni il ilə əlaqədar olaraq online shopping etmək niyyətinizdəsinizsə diqqətli olun.

İnternetdən alış-veriş edərkən orada “fəaliyyət” göstərən fırıldaqçıların əməllərindən necə uzaq olmaq olar?

Bu cür insanların oyununa tuş gəlməmək üçün mütəxəssislər təkliflər irəli sürürlər.

  • Özünü sübut etmiş internet saytlarına baş vurun.

  • Bazardakı qiymətlərdən dəfələrlə aşağı qiymətlər təklif edən saytlara diqqət yetirin, aldanmayın.

  • İnternetdə haqqınızda çox məlumat verməyin və çox sual soruşan saytlardan uzaq durun.

  • Məhsulun pulunu ödəməzdən əvvəl alacağınızla maraqlanın.

  • Almaq isədiyiniz məhsul haqqında maksimum məlumata sahib olun. Digərləri ilə fərqləndirməyi bacarın.

  • Elektron ticarəti həyata keçirdikdən sonra kartınızda nə qədər pulun qalmasıyla maraqlanın. Əgər shopping zamanı sizdən əlavə hesab tələb olunarsa ətraflı araşdırın.

  • İctimaiyyətə açıq olan Wi-Fi nöqtələrində alış-veriş etməyin. Əgər yox etmək istəyirsinizsə o zaman əlaqənin etibarlı olmasına əmin olun. Etibarlı olmasza sizin hesabınızdan oğurluq ola bilər. Evinizdən kənarda Wi-Fi xidmətindən yararlanarkən məxfilik tənzimləmələrinə riayət edin.


 

Yorum Gönder

0 Yorumlar