Sevir, Sevmir?

Biz kimisə sevərkən ən özümüzə çox verdiyimiz sual “Sevir, ya sevmir?”, “O mənə evlilik təklifi edəcəkmi?” olur. Bu halda köməyimizə fal gəlir. Gələcəkdə münasibətlərin gedişatı haqqında məlumatı kart falına baxmaqla əldə edək.

36 kartı yaxşıca qarışdıraraq sol əlinizlə kartları “bölün”. Sonra sevdiyiniz şəxsin adında hərflərin sayı qədər kartı çıxararaq üzü aşağı şəkildə masanın üstünə qoyun. Məsələn, Kamil – 5 hərf.

Kartları yenidən qarışdırın və ikinci sıraya öz adınızda hərflərin sayı qədər kart düzün. Eyni hərəkəti təkrar edin. Kartları qarışdırın, hər ikinizin adında hərflərin cəmi qədər kartı üçüncü sıraya düzün.  Üçüncü sıranı bir kənara toplayın və iki dənə olmaq şərti ilə açmağa başlayın. Əgər iki dənə eyni karta rast gəlsəniz (iki 6, iki 7,iki dama və s.) həmin cütü kənara qoyun. Yığılan kartların sayı tək olsa sonuncu kartı açmadan kənara qoyun. Bu kart sizə hələ lazım olacaq.

Birinci iki sıranı bu cür açın: sevgilinizin adı olan sıranın birinci kartını və sizin adınız olan sıranın axırıncı kartını, sevgilinizin adı olan sıranın ikinci kartını və sizin adınız olan sıranın axırıncıdan sonra gələn kartını cüt şəkildə ayırıb kənara qoyun.

O halda ki, sizinlə sevdiyinizin adının hərflərinin sayı üst-üstə düşmür sizin əlinizdə açılmamış kartlar qalacaq. O zaman onları üçüncü sıranın (əgər varsa) kartlarına qatın.  Əgər sizin cüt uyğun gələn kartınız varsa açmasını aşağıda oxuya bilərsiniz. Əgər birinci sıradan mənası (təsviri) üst üstə düşən kartınız olmadısa deməli sevdiyiniz şəxslə gələcəyiniz qeyri müəyyəndir. Buna nəyin səbəb olduğuna cavab almaq üçün yerdə qalan bütün kartları qarışdıraraq onları cüt-cüt birləşdirin (həmçinin kənarda qalanları da) və onları yenidən iki-iki düzün. Əgər yenə də eyni təsvirli kartlar rast gəlmədisə sevdiyinizdən uzaq durun. Bəlkə də o artıq evlidir və ya sizi aldadır. Eyni təsvirli kart qarşınıza çıxsa açmasını aşağıda oxuyun.

İki ədəd “altı” – sevdiyinizlə sizi uzun həyat yolu gözləyir. Hər iki “6” tref və ya pikadırsa sizə birlikdə yol görünsə də sonu ayrılıqdır.

İki ədəd “7”  – sıx-sıx görüşəcəksiniz, sizə bir yerdə çox maraqlıdır, nəticə də bir dam altında xoşbəxt həyat sizi gözləyir. Hər iki “7” pika və ya trefdirsə ailə həyaınızın hər hansı bir mərhələsində biri-birinizdən bezəcəksiniz deməkdir.

İki ədəd “8” – tezliklə evlilik təklifi alacaqsınız. Hər iki “8” tref və ya pikadırsa təklifdən imtina edəcəksiniz və ya evlilik təklifini uzun zaman gözləməli olacaqsınız.

İki ədəd “9” – sevdiyinizlə münasibətdən tam razı qalacaqsınız, məhəbbətiniz qarşılıqlıdır. Hər iki “9” tref və ya pika çıxsa sizi sevdiyinizlə məhəbbətdən çox “seksual” cazibə və ya iş maraqları bağlayır deməkdir.

İki ədəd “10” – sevdiyinizlə aranızda güclü cazibə, hətta gələcək planlar haqqında müzakirələr də olacaq. Hər iki “10” tünd olsa siz öznü zhər şeyi korlayacaqsınız. Ehtiyatlı olun.

İki valet – sizin ümumi övladınız olacaq. Valet açıq olsa hər ikiniz övladınızın olmasına sevinəcək, yox əgər tünd olarsa sevdiyiniz hamiləliyinizə qarşı olacaqdır.

İki dama  – evin başçısı siz olacaqsınız. Sevdiyiniz hər şeydə sizin fikrinizi nəzərə alacaq.

İki kral – sevdiyiniz sizi daima qoruyacaq. Lakin onu itirməmək üçün daima onunla hesablaşmalı olacaqsınız.

İki tuz – hər iki tuz qara olsa taleyinizdə qara buludlar dolaşır demək ki. Cərəyan edən hadisələrə müdaxilə edə bilməyəcəksiniz. Hər iki tuz açıq rənglidirsə sizi gözəl birgə həyat gözləyir. Bir tuz qara, digəri açıqdırsa həyatınız həm yaxşı, həm pis hadisələrlə zəngin olacaq. Lakin həyat yolunuzun birgə olacağından şübhəniz olmasın.

Yorum Gönder

0 Yorumlar