Sevilən Çiçəklərə Görə xasiyyətiniz Necədir?

Araşdırmalara görə insanların sevdiyi çiçəklərə görə xasiyyətlərini müəyyən etmək mümkündür.

Məsələn,

  • Qızıl gülü sevənlər; Saf sevgiyə və dostluğa dəyər verən, ümumilikdə həssas, duyğusal insanlardır. Şən, gülərüz məntiqlə deyil hissləri ilə hərəkət etməyi sevən insanlardır.

  • Qərənfili sevənlər; Ən xırda bir şeyə görə özündən çıxan, güclü hisslərə sahib olan insanlardır. Az danışmağa və çox dinləməyə üstünlük verən bu insanlar sərt xassiyyətə sahibdirlər. Adətən qısqanc olurlar.

  • Zambağ gülünü sevənlər; Bu insanlar adətən gözəllik vurğunu olurlar və buna görə də həmişə özlərini gözəl əşyalar və insanlarla əhatə edirlər. Lakin bu xüsussiyyətlərinə görə daima həyatda problemlərlə rastlaşırlar.

  • Ətirşah sevənlər; Hisslərinə hakim olan insanlardır. Xəyal dünyasına qapılmağı sevməzlər.

  • Yasmini sevənlər; Xəyalpərəst olurlar. Tez-tez küsməyə meyl edən bu insanlar daima həyatdan səbrlə nə isə gözləyirlər.

  • Doqquzdon gülünü sevənlər; Ziddiyətli insanlardır. Bir müddət öncə şən, gülərüz olan bu insanlar tez bir anda kefsiz, ümidsiz ola bilirlər.

  • Bənövşə gülünü sevənlər; Kin saxlaya bilməyən bu şəxslərin ürəyiaçıq, qəlbləri insanlara qarşı sevgi ilə dolu olur. Əliaçıq və insanpərəst olmaları insanları onlara cəlb edir.

  • Maqnoliyanı sevənlər; Özlərindən çox razı olan bu insanlar həyatda hər şeyin ən yaxşısına layiq olduqlarından əmindirlər. Özlərini tərifləməyii çox sevirlər.

  • Lalə sevənlər; Çox zərif insanlardır. Hər sözdən tez inciyən olurlar.

  • Yasəmən sevənlər; Ürəyiaçıq, səmimi və nəzakətli olurlar.

  • Payızgülünü sevənlər; Ciddi, sanballı, qəddar olurlar. Çox tələbkar və sərt xüsusiyyətlərə sahibdirlər.

  • Sünbül çiçəyini sevənlər; İnsanların toplandığı məkanlardan uzaq dururlar, daha çox təkliyə meyl edirlər. Nizamsız həyat tərzi sürürlər.

Yorum Gönder

0 Yorumlar