Qreypfrut Pəhrizi

Bu pəhrizi 12 gün saxlamaq lazımdır. Bu müddət ərzində asanlıqla 3 kiloqramdan 7 kiloqrama qədər arıqlamaq mümkündür. Qeyd edək ki, bu pəhriz vasitəsilə Kayli Minoq və Bruk Şildz gözəl nəticələr əldə etmişdilər.

Qaydalar


Gündəlik kalori qəbulunu 800-ə qədər azaldın və hər gününüzə təbii qreypfrut şirəsi ilə başlayın, nahara və şam yeməyinə 1 ədəd qreypfrut yemək olar. Bundan əlavə soyutma şəklində ət, balıq və toyuq məhsullarından istifadə edə bilərsiniz. Gün ərzində 1 fincandan artıq qəhvə içməyin. Yemək arasında qida qəbulundan imtina edin.

Olar

Yağsız ət, azyağlı süd məhsulları, meyvələr, ispanaq, brokoli, şirin bibər.

Olmaz

Desertlər, kartof, mayonezli salatlar, çörək, makaron məmulatları, pendir, sıyıq (kaşa), kələm, xiyar, kök, pomidor, kərəviz.
Üstünlükləri

Bu pəhriz kifayət qədər balanslaşdırılmışdır. Qəbul edə biləcəyiniz qida məhsullarının çeşidi yetərincə genişdir və pəhriz müddətində vacib olan vitamin və minerallarla təmin olunacaqsınız. Bundan əlavə qreypfrut özü C vitamini ilə zəngin bir meyvədir, bu isə öz növbəsində immunitetinizə müsbət təsir göstərəcəkdir.

Çatışmazlıqlar

Gün ərzində 800 kalori – azlıq təşkil edir. Əgər Sİz aktiv həyat tərzi sürür və çox işləyirsinizsə pəhriz saxladığınız müddətdə yorğunluq və halsızlıq hiss edə bilərsiniz.

Yorum Gönder

0 Yorumlar