Mandarin ətri Yeni il bayramının gəlişini xatırladan dadlı meyvə olmaqla yanaşı, həm də uşaqlar üçün çox faydalı meyvədir. Əvvəla tərkibində çoxlu miqdarda C Vitamini olan bu meyvə uşaqlara soyuqdəymə ilə mübarizə aparmaqda kömək olur.
İkincisi, mandarin A vitamini ilə zəngindir ki, bu da uşaqların görmə qabiliyyətinə müsbət təsir edir. A vitamini həmçinin dəri üçün faydalıdır.
Bundan əlavə mandarin özündə B1, K və D vitaminlərini birləşdirir. Tərkibi limon turşusu ilə zəngin olan bu meyvədə heç vaxt nitrat olmur.

0 Yorumlar