Bəzən gözlərimizin zəif görməsi bizi linza taxmağa vadar edir. Bəzən bunu müalicə məqsədi ilə bəzən isə gözəllik xatirinə edirik. Kontakt və ya adi linza olsun hər ikisini taxdığımızda gözlərimizin havasız şəraitdə qaldığını nəzərə almalıyıq.
Unutmamalıyıq ki, ciyərlərimiz kimi gözlərimizində də havaya ehtiyacı var. Buna görə də linzaları uzun müddət istifadə etmək təhlükəlidir.
Gözlərimizin kornealarının havasız qalmaması üçün hava keçirən linzalar icad edilmişdi. Adi linzalardən fərqli olaraq bu linzalar bir qədər hava keçirir, lakin hər halda uzun müddətli istifadə edilməsi məsləhət deyildir.
Gözlərinizə zərər vurmaq istəmirsinizsə linzaları qısa müddət üçün istifadə edin və bu arada eynək taxmaqdan çəkinməyin. Bu vasitə gözünüzü zədələnmədən qoruyacaqdır.

0 Yorumlar