Hamiləlik zamanı körpənin beyninin inkişafına müsbət təsir göstərir. Yaşlanmağın qarşısını alır.
Mütəxəssislər zeytun yağının faydalarını aşağıdakı kimi sıralayıblar:
- Dəriyə və saça gözəllik qatır. Quru dərini canlandırır, qırışı azaldır. Zeytunyağı dərini yumşaldır və elastik, hamar görünüş verir.
- Zeytunyağı yorğun ayaqların dərmanıdır. Çatlaq və quru ayaqların müalicəsində rolu əvəzsizdir.
- Zeytunyağı ilə bədəni masaj etmək qan dövranını tənzimləyir.
- Tərkibində zeytunyağı olan sabunlar nəmləndirici funksiyasını yerinə yetirir. Saçlar üçün xüsusi faydası olan zeytunyağı həssas dərilər üçün də faydalıdır.
- Qurumuş və çatlamış dodaq üçün məlhəm olaraq istifadə edilə bilər.
- Qurumuş saçları möhkəmləndirir və elastikliyini artırır.
- Saçdakı kəpəyin və saç tökülməsinin qarşısını alır. Saçı parıldadır.
- Dırnaqları gözəlləşdirir və onları gücləndirir.
- Zeytunyağı hamiləlik zamanı bədəndə yaranan çatları azaldır.
- Körpə əmizdirən analar döşlərinin ucunun quruması zamanı zeytunyağıdan istifadə etsələr yaxşı nəticə əldə edə bilərlər.
- Körpəni zeytunyağı ilə masaj etmək onun dərisini canlandırar.
- Əllərdə, dəridə və ya saçdakı boyanı çıxarmaqda istifadə oluna bilər.
- Soyuqdan donmağa qarşı qoruyucudur.
- Ağcaqanadlar zeytunyağı sürtülmüş dərinə heç zaman dişləməzlər.

0 Yorumlar