Çox pul xərcləyib aldığınız hansı çanta modelləri dəbdən heç vaxt düşmür?
Bəzi paltar və aksesuarlara çox pul verib alsaq da narahat olmuruq, çünki əminik ki, aldıqlarımız heç zaman dəbdən düşməyəcək. Məsələn, gecə dəvətlərində, xüsusi görüşlərdə istifadə edilən aksesuarlardan hesab olunan qovluq şəkilli çantalar heç bir zaman dəbdən düşmür. Klassik formalı bu çantalar hər mövsümdə, hər ildə dəbli hesab edilir.
Qadın çantaları içərisində heç vaxt modası keçməyən modellər arasında klassik markaların klassikləşmiş çanta modelləri xüsusi yer alır. İllərə meydan oxuyan bu çanta növünün qışda qara, isti mövsümdə isə açıq rənglərindən istifadə yerinə düşər.
Əgər bir mövsüm istifadə edib, sonra isə onu şkafa qoyub heç əlinizə almaq istəmirsinizsə amma verdiyiniz pula heyfiniz gəlirsə çanta seçiminə diqqətli yanaşın.
Tüklü və rəngarəng çantaları sevənlərdənsinizsə o zaman hər bir geyimə uyğun aksesuar seçmək məcburiyyətində qalacaqsınız. Beləcə, çox pul xərcləyib amma aldıqlarınızdan 1-2 dəfə istifadə edə biləcəksiniz. Bax belələrini “dəb qurbanı” adlandırmaq olar.

0 Yorumlar