2013-cü ilin yanvar ayında bürcləri nələr gözləyir

2013-cü ili yanvar ayı hadisələrlə zəngin və maraqlı olacaqdır. Bir çoxları qarşıdına qoyduğu məqsədlərə asanlıqla nail oa biləcəklər. Gəlin ayrı-ayrılıqda bürclərə nəzər salaq.

Xatıladaq ki, yalnız ayın1-dən 18 kimi doğulan insanların bürcləri “əsl” sayılır, digərlərin xasiyyətinə və astroloji proqnozlarına öncə və ya sonra gələn bürcün təsiri var.
QOÇ

Qoçların həyatı yanvar ayında çox maraqlı hadisələrlə zəngin olacaq. İşlə bağlı səyahətlər, yeni tanışlıqlar, vacib sövdələşmələr sizi gözləyir. Bir çox gözlədiyiniz hadisələr reallaşacaq. Ayın əvvəlində kiminsə sözlərini düzgün başa düşmədiyiniz üçün bir sıra problem yaşayacaqsınız. Müqavilə imzalayarkən bütün detalları yaxşıca düşünün. Yanvarın ortasında dostluq əlaqələrinizdən istifadə edərək bir çox probleminizi həll edəcəksiniz. Ayın sonunda isə gəlirlərinizi artırmaq və ya mənzil probleminizi həll etmək üçün imkan əldə edəcəksiniz.

  • Uğulu günləriniz: 17, 22.

  • Uğursuz günləriniz: 5, 11, 12, 19, 25, 26.


BUĞA

Buğalar yanvar ayında qohumları ilə sıx əlaqələr yaradacaqlar. Sizin qohumlarınıza və ya onların sizə digər şəhərdən səfəri gözlənilir. Bundan əlavə iş həyatınızda qısamüddətli çətinliklərlə üzləşəcəksiniz. Problemi həll etmək üçün tanışlıqlardan istifadə etməli olacaqsınız. Bu ayda həmçinin sizi gözləmədiyiniz maddi gəlir gözləyir. Yanvarın əvvəlində vəzifənizi qoruyub saxlamaq üçün işinizdə bəzi qərarlardan imtina etməli olacaqsınız. Ayın ortalarında dost bildiyiniz biri işlə bağlı sizdən kömək istəyəcək. Onu məsləhət etmədən öncə düşünün, çünki həmin şəxsin buraxdığı səhvə görə siz cavab verməli olacaqsınız.

  • Uğurlu günləriniz: 4, 18, 20.

  • uğursuz günləriniz: 1, 8, 15, 22, 29.


ƏKİZLƏR

Əkizlər üçün yanvar ayı əyləncələrdə keçəcək. Lakin maddi vəziyyətinizi daima fikirləşmək məcburiyyətindəsiniz. Buna görə də istirahət öz yerində, amma işi də unutmamalısınız. Ayın ortalarında sizi vacib səfər gözləyir və siz əlverişli məqamdan istifadə etməyi bacarsanız, uğur qazana biləcəksiniz. Yanvar ayının sonunda isə həyat tərzinizə görə bir sıra problemlərlə üzləşəcəksiniz.

  • Uğurlu günləriniz: 21, 22, 23.

  • Uğursuz günləriniz: 10, 17, 24, 31.


XƏRÇƏNG

Xərçəngləri yanvar ayında yeni tanışlıqlar gözləyir. Bu insanların bəziləri ilə siz biznes və ya səfər planlarını həyata keçirəcəksiniz.  Bundan əlavə köhnə tanışlıqlar da bərpa ediləcək. Çoxdan bəri gözlədiyiniz yaxşı bir xəbər alacaqsınız. Yanvarın ortasında şübhəli bildiyiniz sövdələşmələrdən uzaq durun, bu sizin planlarınızı alt üst edə bilər. Ümumiyyətlə yaxşı tanımadığınız insanlarla iş birliyinə başlamayın. Ayın sonunda isə sizə şöhrət və maddi gəlir gətirəcək bir hadisə həyatınızı dəyişəcək.

  • Uğurlu günləriniz: 10, 14, 24, 25, 28.

  • Uğursuz günləriniz: 1, 5, 19, 29.


ŞİR

Şirlər öz biliklərini nümayiş etdirmək üçün yaxşı fürsət əldə edəcəklər. Bu ay ərzində həyatınızda dəyişikliklər baş verəcək. Bu dəyişikliklər bir qədər gözlənilməz olduğu üçün onlara öyrəşməyiniz vaxt alacaq. Lakin bu hadisələr müsbət olduğu üçün sizə ancaq zövq verəcək.Yanvar ayının əvvəlində edəcəyiniz səyahət yaxşı istirahət etməyinizə üçün və bəzi problemlərinizi həll etməkdə sizə kömək edəcək.Ayın ortasında aldığınız iş təklifindən razı qalmadığınız üçün “al-ver” etməli olacaqsınız.

  • Uğurlu günləriniz: 28.

  • Uğursuz günləriniz: 12, 19, 26.


QIZ

Qızlar istirahət günlərini ev işlərinə həsr edəcəklər. Həmçinin çoxdan görmədiyiniz qohumunuzun sizə baş çəkməsi sizi bir çox planınızı dəyişməyə məcbur edəcək.  Bu ay sizi yaxşı gəlirli lakin çətin iş rejimi olan iş təklifi gözləyir. Buna görə də işdə daha çox vaxt keçirməli olacaqsınız. Yanvarın sonunda kimsənin həyatınıza müdaxilə etməsinə imkan verməyin. Öz bildiyiniz kimi hərəkət edin.

  • Uğurlu günləriniz: 1, 2, 20, 30.

  • Uğursuz günləriniz: 4, 11, 17, 31.


TƏRƏZİ

Tərəziləri yanvar ayında aktiv iş gözləyir. Lakin bu işin maddi gəliri sizi sevindirəcək. Əyləncələrlə sizi özünə çox doğma hesab edən biri təmin edəcək. Bu müddət ərzində işinizdə səhv buraxmaq ehtimalınız var. Rəhbərlik tərəfindən irad tutulmasa da siz buna görə  fikir edəcəksiniz.Ayın ortalarında sizi gözləyəcək yeniliklərdən çəkinməyin. Onlar sizə yalnız xeyir gətirəcək.

  • Uğurlu günləriniz: 4, 12, 18, 31.

  • Uğursuz günləriniz: 1, 13, 20.


ƏQRƏB

Əqrəbləri yanvar ayında müsbət yeniliklər gözləyir. 2013-cü il hələ qədəmlərini yenicə basıb, amma sizi uğur dalınca uğur gözləyir. Sizin cazibənizin sayəsində ətrafınıza lazımlı insanlar toplanır. Bu ay xasiyyətinizdə bəzi xüsusiyyətləri dəyişəcək. Ayın əvvəlində əlinizi atdığınız bütün işlər uğurla nəticələnəcək.Ayın ortasında rəhbərliklə diplomatik şəkildə apardığınız siyasət sizi bir çox problemdən qoruyacaq.

  • Uğurlu günləriniz: 6, 8.

  • Uğursuz günləriniz: 7, 14, 18, 25, 28.


OXATAN

Oxatanlar yanvar ayında köhnə dostları ilə görüşmək imkanı əldə edəcəklər. Bu ay  dostluq münasibətləriniz həyatınızı bütün sahələrinə öz təsirini göstərəcək. Məhz dostlarınız yeni iş tapmaqda və ya yüksək vəzifə almaqda sizə kömək edəcək. Məhz onlar çoxdan bəri küsülü olduğunuz biri ilə sizi barışdıracaq. Ayın ortalarında sizi xoşlamayan biri ilə münaqişəyə girəcəksiniz. Sağlamlığınıza diqqət yetirin.

  • Uğurlu  günləriniz: 3, 8, 24.

  • Uğursuz günləriniz: 2, 23.


OĞLAQ

Bu ay ərzində öz işinizlə məşğul olmaq əvəzinə, daha çox başqalarının problemləri ilə məşğul olacaqsınız. Rəhbərliyiniz bundan xəbər tutsa heç də yaxşı reaksiya verməyəcəyindən əmin olun. Ayın sonunda heç kimin sizdən sui istifadə etməyinə imkan verməyin, bu insandan yaxa qurtarmaq olduqca çətin olacaq. Ayın sonunda alacağınız telefon zəngi həyatınıza müsbət yenilik gətirəcək.

  • Uğurlu günləriniz: 8.

  • Uğursuz günləriniz: 4, 10, 17, 21, 31.


DOLÇA

Dolçalar bu ay çox gizli qalmağı üstün tutacaqlar. Həyatınızda gizli eşq macərası yaşaya bilərsiniz. Bundan başqa şəxsi işlərinizlə əlaqəli səfərlər edəcəkssiniz ki, bunu da hamıdan gizli saxlamağa çalışacaqsınız. Bu ay möhkəm xəstələnmək ehtimalınız yüksəkdir. Həmçinin bu ay ərzində iş həyatınızda bir sıra problemlər yaşayacaqsınız. Məsələn, sizin iş cədvəlinizi dəyişə bilərlər.Yanvar ayının əvvəlində dostlarınızdan biri ilə münaqişə edəcəksiniz. Lakin sizi sevənlərlə bir a səbrli davrammağınız məsləhətdir.

  • Uğurlu günləriniz: 2, 9, 12, 16, 26.

  • Uğursuz günləriniz: 6.


BALIQLAR

Balıqlar , bu ay pozitiv enerji ile dolu olacaqsınız. Bu isə iş həyatınıza öz müsbət təsirini göstərəcək. Müdirlə münasibətləriniz olduqca yaxşı olacaq. Ümumiyyətlə psixoloji vəziyyətiniz sizə yalnız uğur gətirəcək. Ayın sonunda orijinallığınlz sayəsində hamının rəğbətini qazanacaqsınız.

  • Uğurlu günləriniz: 3, 7, 14, 15, 21, 28.

  • Uğursuz günləriniz: 2, 16, 23, 30.

Yorum Gönder

0 Yorumlar