Bəzən gündəlik makyajdan darıxaraq yeni, gözəçarpan rənglərdən istifadə etmək istəyirik. Bu halda dəblə ayaqlaşmaq lazım gəlir. 2013-cü il bizə bu imkanı verir.
Rəng institutu Pantone 2013-cü ilin rəngi – zümrüd rəngi olduğunu məlumat verir. Xatırladaq ki, keçən ilin rəngi narıncı rəng idi. Yeni model maşınlarda belə bu rəngdən geniş istifadə edilmişdir.
Dizayner və vizajistlər isə hadisələri qabaqlayaraq artıq sentyabr ayının yaz-yay kolleksiyasının göz sürmələrində və kölgələrində narıncı rəngi nümayiş etdirmişdilər. Bu rəngləri Stella McCartney, Christian Dior, Marimekko və Kenzo-nun modellərinin dodaq və dırnaq boyalarında görmək mümkün idi.
Zümrüd rəngi universaldır. Təbiətin rəngi olduğu üçün bu rəng bütün mövsümlərdə aktuallığını qoruyub saxlayır. Bu rəngin başqa üstünlüyü də odur ki, hər cür rəngli dəriyə yaraşır. Ekspertlər zümrüd rəngini şəftləli rənginin bütün çalarları ilə uzlaşdırmağı məsləhət görürlər.

0 Yorumlar