Ultra və Meqa Həcmli Saçlar

Saçların anadangəlmə nazik və həcmsizdirsə, ruhdan düşmə, əksinə, bu məsələnin həllini axtar. Biz saçlarına başgicəlləndirici həcm qazandırmaq üçün sənə bir neçə məsləhət verəcəyik.

Mütəxəssis; Juan Carlos Maciques, New York Rita Hazan Salonunun ulduz stilisti

Hazırlıq:


Həcm verici şampundan istifadə edərək yu. Kondisioneri yalnız uclara vur (yoxsa onlar köklərdə həcmsiz olacaq).

[tabs tab1="1" tab2="2" tab3="3" tab4="4" tab5="5"]
[tab id=1]Saç dəstəsini dəsmalının arasında yerləşdir və onu sıx. Su parçaya hopacaq, mexaniki təsir nəticəsində saçın üst qatı kələ-kötür olacaq və
saçların həcmi artacaq.
[/tab]

[tab id=2]Ovcuna bir az həcm verici muss çək və onu köklərdə bölüşdür. Saç dəstələrini yuxarıya dartaraq. kökləri fenlə qurut.[/tab]

[tab id=3]Boynunun altında bir dəstə saxla. bütün qalan saçlarını bir yerə yığ. Saç- dəstəsinin altında yumru fırçanı, üstündə isə feni saxla. Saçını içə buraraq, fırça və feni aşağı sal. Başqa dəstələrdə də bu prosesi təkrarla.[/tab]

[tab id=4]Saç dəstələrini belə qurutmağa davam et. Sonra saçlarını birlikdə yığ və onları yuxarıya qaldır. Feni isti rejimə keçirt, köklərə yönəlt. 10 saniyə sonra feni söndür və saçları 1 dəq. belə saxla.[/tab]

[tab id=5]Saçlarını bir tərəfə atıb, fenin havasını yalnız köklərə tərəf yönəlt. Sonra bunu digər tərəfdə təkrarla. Saçlarını tağa ayırıb, qeyri-adi həcmdən həzz al.[/tab]
[/tabs]

Yorum Gönder

0 Yorumlar