Yerli ulduzlarımız da onlardan geri qalmır.
Bəs sənin plastik əməliyyatlara münasibətin necədir?
Nigar Mirzəyeva
Təbiət hamımızı model görünüşlü yaratmır. Bəzilərimiz öz gözümüzdə daha dəhşətli görünən qüsurlarla doğuluruq. Braziliyada hər qıza əməliyyat edib gözəlləşmək üçün doğulan gündən sərmayə yatırılır, amma bizdə bu kimi problem nədənsə ilk əvvəl ailənin etirazına səbəb olur.
Gəlin razılaşaq ki, ömrü-boyu uzun buruna, əyri ayağa, böyük sinəyə görə utanc hissi yaşamaqdansa, bir dəfə elmin nailiyyətlərindən yararlanmaq daha doğrudur. Müasir elmi-tərəqqi insanların həyatını asanlaşdırmağa çalışdığı halda, nəyə görə özümüz onu qəlizləşdirək?
Qadınlar əksərən "insan içinə çıxmaq" qorxusunu yenməyə çalışaraq, əməliyyatlara üz tutur. O da həqiqətdir ki, estetik əməliyyatlar qadının təkcə xaricən deyil, daxilən də gözəlləşməsinə yardım edir: öz görünüşünə arxayın olan insanlar cəmiyyətə daha yararlı olur və xoşbəxt nəsil tərbiyə edirlər.
İri dodaqları kimsə iyrənc hesab edə bilər, amma elə insanlar var ki, gecə-gündüz beləsinə sahib olmaq üçün manat-manat pul yığır. Məncə, hər kəsə seçim azadlığı lazımdır. Öz gözündə gözəl olan qadın əks-cinsin də, bütün dünyanın da gözündə i gözəl görünür.
Alyona Kitayeva
Niyə insanlar kömək üçün plastik cərrahlara üz tuturlar?
Zahiri görünüşündə anadangəlmə və ya bədbəxt hadisələrdən sonra qazanılmış qüsurdan qurtulmağı arzulayan insanları başa düşmək olar (bunlar rekonstruktiv əməliyyatlardır).
Amma öz görünüşündən subyektiv şəkildə narazı olan, görkəmində dəyişiklikləri etməyi arzu edən insanlar da var. Mən bir neçə səbəbdən belə əməliyyatlara qarşıyam. Bu səbəblərdən biri özünəinamın olmamasıdır.
Xarici görünüşdə dəyişikliklər ediləndən sonra da bu hiss keçməyəcək. Bir çox ulduzlar kiçik sinə və ya böyük buruna sahib olsalar da uğur qazanır, çox sayda pərəstişkar toplayırlar.
İkinci səbəb isə nəticələrdir. Bu haqda fikirləşməyə dəyər. Son zamanlar plastik əməliyyatlar böyük məşhurluq qazanıb deyə, insanlar bəzən unudurlar ki, bu, orqanizmə ciddi müdaxilədir.
Hətta əgər əməliyyatı peşəkar və təcrübəli cərrah etsə belə, nəticə çox zaman öncədən məlum olmur. Həm də əgər dəriyə vaxtında və düzgün qulluq etməyə başlamısansa, onda çox uzun müddət botoks və gialuron turşusu tərkibli inyeksiyalarsız da gənc və cazibədar qala bilərsən.

0 Yorumlar