- Tələb olunur: 30 qram təzə maya, süd, 3 damcı zeytun yağı.
- Hazırlama qaydası: mayanı əzmək, südlə xama qatılığınadək durulaşdırmaq, yağ əlavə etmək. Qarışdırmaq.
- Tətbiqetmə: Kütləni üzə və boyuna yaxmaq, 20 dəqiqə saxlamaq. Əvvəl ilıq, sonra soyuq su ilə yumaq. Üzü dəsmalla qurutmaq.
Kəsmikli, sarılı maska
- Tələb olunur: 2 xörək qaşığı təzə kəsmik, 1 yumurtanın sarısı, 3 damcı 3%-li hidrogen peroksid.
- Hazırlama qaydası: inqrediyentləri yaxşıca qatışdırmaq.
- Tətbiqetmə: Maskanı üzə və boyuna yaxmaq, 15-20 dəqiqə saxlamaq. Sərin su ilə yumaq.
Bal maskası
- Tələb olunur: 2 xörək qaşığı un, 1 yumurtanın ağı.
- Hazırlama qaydası: inqrediyentləri yaxşıca qarışdırmaq.
- Tətbiqetmə: Qarışığı fırçanın köməyilə üzə yaxmaq, quruyanadək gözləmək. Əvvəl qaynar, sonra sərin su ilə yumaq.
Ballı-çaylı maska
- Tələb olunur: 2 xörək qaşığı bal, 1 xörək qaşığı çay, 2 çay qaşığı yulaf lopası, su.
- Hazırlama qaydası: bal, çay və lopaları qarışdırmaq, azacıq su qatmaq və oda qoymaq, isitmək.
- Tətbiqetmə: İlıq kütləni üzə qalın qatla yaxmaq, salfet kağızla örtmək və 20 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Bal maskası qidalandırıcı və oyandırıcı təsir göstərir, yalnız tez-tez tətbiq etmək məsləhət görülmür. Bundan savayı, o, dəri damarlarının genişlənməsi zamanı da məsləhət görülmür.
Sanlı-ballı maska
- Tələb olunur: 1 yumurtanın sarısı, 1 çay qaşığı sulu bal, qliserin.
- Hazırlama qaydası: inqrediyentləri yaxşıca qarışdırmaq.
- Tətbiqetmə: Maskanı üzə yaxmaq və 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Kartoflu qidalandırıcı maska
- Tələb olunur: 1 kartof yumrusu, 1 yumurtanın sarısı, süd.
- Hazırlama qaydası: kartofu qaynatmaq, qabığından təmizləmək, əzmək, yumurtanın sarısı və az miqdarda südlə qarışdırmaq. Qarışığı su vannasında isitmək.
- Tətbiqetmə: Maskanı üzə 15 dəqiqəlik yaxıb, üzərinə parça qoymaq. Əvvəl qaynar, sonra sərin su ilə yumaq.
Ballı-çaylı maska
- Sarılı-yağlı maska
- Tələb olunur: 1 yumurtanın sarısı, 1 çay qaşığı gənəgərçək yağı. Hazırlama qaydası: yumurtanın sarısını və yağı yaxşıca qarışdırmaq.
- Tətbiqetmə: Qatışığı üzə yaxmaq, 10 dəqiqəlik saxlamaq. İlıq su ilə yumaq.
Ağlı-limonlu maska
- Tələb olunur: 1 yumurtanın ağı, 0,5 limonun şirəsi, duz.
- Hazırlama qaydası: yumurtanın ağını limon şirəsi və duzla köpüklənənədək çalmaq.
- Tətbiqetmə: Maskanı üzə yaxmaq, 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Kökdən hazırlanmış qidalandırıcı maska
- Tələb olunur: 1 kök, 1 yumurtanın sarısı, 3 damcı limon şirəsi və 3 damcı bitki yağı.
- Hazırlama qaydası: kökü sürtgəcdən keçirmək, yumurtanın sarısı, limon şirəsi və yağla qatmaq.
- Tətbiqetmə: Qatışığı üzə yaxmaq və 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Kökün maskası
- Tələb olunur: 2 kök, 2 xörək qaşığı kartof unu, 1 yumurtanın sarısı.
- Hazırlama qaydası: kökü təmizləmək, sürtgəcdən keçirmək, un və yumurtanın sarısı ilə qarışdırmaq.
- Tətbiqetmə: Alınmış kütləni təmizlənmiş dəriyə 15 dəqiqə ərzində qoymaq. İlıq su ilə yumaq.
Nəmləndirici maska dəriyə təmizləyici təsirə də malikdir, onlardan istifadə isə dərinin elastikliyini qorumağa imkan yaradır.
Süddən və ağ çörəkdən hazırlanmış maska
- Tələb olunur: 3 tikə ağ çörək, süd.
- Hazırlama qaydası: çörəyin içini çıxarıb qatı sıyıq alınanadək süd əlavə etmək.
- Tətbiqetmə: Qarışığı üzə yaxmaq və 10-12 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Xiyardan düzəldilmiş qidalandırıcı maska
- Tələb olunur: 1 xiyar, 1 xörək qaşığı lanolin.
- Hazırlama qaydası: xiyarı sürtgəcdən keçirmək, lanolin əlavə etmək və qarışdırmaq. Qatışığı 1 saat saxlamaq. Mayeni süzmək.
- Tətbiqetmə: Sıx kütləni üzə yaxmaq və 15 dəqiqə saxlamaq. Qaynar nəm salfetlə silmək.
Xiyar qabığından maska
- Tələb olunur: xiyar qabığı.
- Tətbiqetmə: Xiyar qabığını üzə qoyub 15 dəqiqə saxlamaq. Turşudulmuş kələmdən qidalandırıcı maska
Turşudulmuş kələmdən qidalandırıcı maska
- Tələb olunur: 100 qram turşudulmuş kələm.
- Hazırlama qaydası: kələmi xırdalamaq.
- Tətbiqetmə. Maskanı təmizlənmiş sifətə qoymaq, 15 dəqiqə saxlamaq. Soyuq su ilə yumaq.
Çiyələkli maska
- Tələb olunur: 50 qram çiyələk, 1 çay qaşığı istənilən kosmetik krem, 1 çay qaşığı bal və 1 çay qaşığı süd.
- Hazırlama qaydası: çiyələyi əzmək, krem və balla qarışdırmaq.
- Tətbiqetmə: Qatışığı üzə yaxmaq və 15-20 dəqiqə saxlamaq. Maskanı süddə isladılmış pambıq tamponu ilə silmək.
Yulaf topalarından maska
- Tələb olunur: 2 xörək qaşığı yulaf lopası, 4 xörək qaşığı qaymaq.
- Hazırlama qaydası: yulaf lopalarının üzərinə qaymaq tökmək və şişməsi üçün 10 dəqiqə saxlamaq.
- Tətbiqetmə: Qatışığı üzə sürtüb 20 dəqiqə saxlamaq. Maskanı əvvəlcə qaynar, sonra soyuq su ilə yumaq.
Yaşıl noxudun unundan qidalandırıcı maska
- Tələb olunur: 2 xörək qaşığı yaşıl noxud, 2 xörək qaşığı süd zərdabı.
- Hazırlama qaydası: unu zərdabla qarışdırmaq.
- Tətbiqetmə: Maskanı üzə sürtmək və tam quruyanadək saxlamaq. Əvvəlcə qaynar, sonra soyuq su ilə yumaq.
Yumurtalı-unlu maska
- Tələb olunur: 2 xörək qaşığı un, 1 yumurtanın ağı.
- Hazırlama qaydası: yumurtanın ağını köpüklənənədək unla çalmaq.
- Tətbiqetmə: Maskanı üzə yaxmaq və tam quruyanadək saxlamaq. Əvvəlcə qaynar su, sonra soyuq su ilə yumaq.
Mütəxəssis məsləhətləri
Qadınların bir çoxu belə hesab edir ki, qidalandırıcı və təmizləyici kremlərdən istifadə, həmçinin kosmetik salonlara müntəzəm baş çəkmə dərinin sağlam və gözəl qalması üçün yetərlidir. Lakin bundan savayı, istənilən yaş həddində valehedici qalmaq üçün bəzi digər qaydalara da əməl etmək zəruridir.
- Günəş heç də həmişə dost rolunda çıxış etmir, belə ki, günəş şüalarının təsiri heç də həmişə xeyirli deyil; bundan başqa, ultrabənövşəyi şüalar yığılıb qalma xüsusiyyətinə malikdir ki, bu da öz növbəsində dərinin vaxtından əvvəl qocalmasına gətirib çıxarır. Məhz bu səbəbdən yayda mütləq 15+-dən aşağı olmayan SPF (müdafiə amilli) tərkibli günəşdən qoruyucu kremlərdən istifadə etmək lazımdır. Onu da yaddan çıxarmamaq lazımdır ki, göz ətrafı dəri həmçinin müdafiəyə möhtacdır.
- Dərini nəmləndirmək üçün nəmləndirici vasitələrdən istifadə və xüsusən yayda yetərincə su içmək mütləqdir.
- Siqaretdən istifadə yalnız ağciyərlərə deyil, həmçinin dəriyə də mane olaraq, onun normal fəallığına maneçilik törədir ki, nəticədə dəri qeyri-sağlam çalar alır.
- Dərinin gözəl və sağlam qalmasının səbəblərindən biri də düzgün qidalanmadır, məhz bu səbəbdən yağlı və karbohidrat qidadan yetərli miqdarda istifadə etmək lazımdır, həmçinin müəyyən pəhrizlərə ehtiyatla yanaşmaq lazımdır. Məsələ burasındadır ki, artıq çəkini birdən-birə aradan qaldırarkən dəri sallanır və qırışlar əmələ gəlir.
- Dəri örtüyünün sağlamlığına həmçinin fiziki təmrinlər müsbət təsir göstərir ki, nəticədə qan dövranı yaxşılaşır və dəri oksigenlə yetərincə təchiz olunur.
- Şübhəsiz, müasir həyatımızda streslərdən qaçmaq çətin məsələdir, amma buna ən azı çalışmaq lazımdır, belə ki, onlar hormonal mübadilənin pozulmasına gətirib çıxarır ki, sonuncusu da öz növbəsində dərinin vəziyyətinə mənfi təsir göstərir. Streslərin mənfi təsirini idman, yoqa və ya rəqslə məşğul olmaqla azaltmaq mümkündür.

0 Yorumlar