Nəmləndirmə "maska"ları hansılardır?
Kök-alma maskası
- Tələb olunur: 1 kök və 1 alma, 1 çay qaşığı zeytun yağı.
- Hazırlama qaydası: köklə almanı təmizləmək, sürtgəcdən keçirmək, yağla qarışdırmaq.
- Tətbiqetmə: Maskanı üzə yaxmaq, 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Qabaq maskası
- Tələb olunur: 1 yunan qabağı.
- Hazırlama qaydası: qabağı nazik zolaqlarla doğramaq.
- Tətbiqetmə: Hazırlanmış qabağı ^ üz və boyun nahiyəsinə qoymaq, 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Kartof maskası
- Tələb olunur: 1 kartof yumrusu.
- Hazırlama qaydası: kartofu təmizləmək, sürtgəcdən keçirmək.
- Tətbiqetmə. Kartof kütləsini üzə qoymaq, 10-15 dəqiqə saxlamaq. İlıq su ilə yaxalamaq.
Kəsmikli-xiyar maskası
- Tələb olunur: 1 xiyar, 1 xörək qaşığı kəsmik.
- Hazırlama qaydası: kəsmiyi xama ilə qarışdırmaq.
- Tətbiqetmə: Qarışığı üzə çəkib, 12 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Kələm maskası
- Tələb olunur: 2-3 kələm yarpağı.
- Hazırlama qaydası: yarpaqları yumaq, əzmək.
- Tətbiqetmə: Hazırlanmış yarpaqları 15 dəqiqə ərzində üzə və boyun nahiyəsinə qoymaq.
Yumurtalı-limonlu nəmləndirici maska
- Tələb olunur: 1 yumurtanın sarısı, hərəsindən 1 çay qaşığı ol-maqla bal, bitki yağı, 5 damcı limon şirəsi.
- Hazırlama qaydası: inqrediyentləri yaxşıca qarışdırmaq.
- Tətbiqetmə: Qarışığı üzə çəkmək, 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.

0 Yorumlar