Tunes salatı

Sənə lazım olacaq:



  • Tunes 80 qr

  • Pomidor 70 qr

  • Xiyar 60 qr

  • Qırmızı soğan 10 qr

  • Duzlu xiyar 20 qr

  • Qırmızı lobya 15 qr

  • Zeytun yağı 1 xörək qaşığı

  • Duz, istiot


Bu salat çox dadlıdır. Tərkibindəki tərəvəzlər isə həm xeyirlidir, həm də tuneslə yaxşı “yola gedir”. Onların yaxın “əməkdaşlığı” sayəsində qonaqlarını xoş bir şəkildə təəccübləndirəcəksən.

Hazırlanma qaydası:


[checklist]

  • Tərəvəzləri bərabər şəkildə bir-bir doğra.

  • Doğranmış tərəvəzlərə zeytun yağı və duz-istiotu əlavə et.

  • Yağ qatılmış tərəvəzləri boşqaba yerləşdirib, üzərinə balığı əlavə et.

  • Bəzək üçün qaynadılmış yumurtadan istifadə et.


[/checklist]

Məsləhət: Salata qaynadılmış lobya əvəzinə, konservləşdirilmiş lobya da əlavə edə bilərsən.

Qurman Fərhad Aşurbəyli

Yorum Gönder

0 Yorumlar