Sürtkəcdən Keçirilmiş Yumurtalı Kartof qızartması

Türk mətbəxində qızartmalar çox sevilir. Dadıyla, qoxusuyla, ləzzətiylə 7 dən 77-yə hər kəs bəyənərək yeyir. Qızartmanı hazırladığmızda yağının keyfiyyətinə və istilik dərəcəsinə diqqət etməniz önəmlidir. Yağın yetəri qədər qızğın olması qızarma zamanı səbzələrin yağ çəkməsinin qarşısını alır.

4-6 nəfərlik Bişmə müddəti 15-20 dəqiqə


İçindəkilər:



  • 5 iri ölçülü kartof

  • 3 ədəd yumurta

  • 3 xörək qaşığı un

  • yarım çay qaşığı qabartma tozu

  • duz

  • qara bibər

  • qırmızı bibər

  • qızartmaq üçün yarım 1 stəkan qarğıdalı yağı


Sürtkəcdən Keçirilmiş Yumurtalı Kartof qızartmasının Hazırlanması:


Kartofları soyun, yuyun və sürtkəcin böyük gözündən keçirin. Suyunu sıxın. Başqa bir qaba yumurtaları qırın, unu əlavə edin və yaxşı çalxalayın. Üzərinə qabartma tozu, duz qarabibər və qırmızı bibəri əlavə edib təkrar qarışdırın. Bu qarışığı kartofların üzərinə əlavə edin. Qaşıq vasitəsilə qarışdırın. Tava içərisinə yağı alaraq yaxşıca qızdırın.

Qarışıqdan bir xörək qaşığı alaraq tavaya atın. Tavaya atdığınız qarışığın üzərindən yavaşca basın ki, bir az yayılsın. Bu halda içi çiy qalmaz, daha rahat bişər. Hər iki tərəfini qızardın. Qızaranları əvvəlcə kağız salfetin üzərinə qoyun ki, yağmı çəksin. Ondan sonra servis tabağına alın. İstəsəniz bunun yanında sarımsaqlı qatıq da servis edə bilərsiniz.

Yorum Gönder

0 Yorumlar