Qorxu hissi nədir?
Qorxu hissi insanda ən çox istəmədiyi vəziyyətlərə düşəndə baş verir. Statistikaya əsasən yer üzündə 10 milyondan çox insan fobiyadan (qorxudan) əziyyət çəkir. Fobiya insana işdə, istirahət yerlərində, insanlarla ünsiyyətdə mane törədir. Qorxu müxtəlif səbəblərdən qaynaqlana bilər. Bəziləri ətrafında olan insanlardan, bəziləri isə heyvanlardan, təbiətdən, fəlakətlərdən və s. məqamlardan qorxa bilərlər.
Qadınlar nədən qorxur?
Qadın beyni daha həssas olduğu üçün onlar kişilərə nisbətən daha qorxaq olurlar. Qadınlar ən çox ilanlardan, itlərdən, həşəratlardan, hündürlükdən, örtülü və ya açıq məkanlardan çəkinirlər. Amma bunlarla yanaşı adi olmayan başqa səbəblərdən də qadınlar qorxa bilərlər. Bura daxildir: məhəbbət, var-dövlət, parça, keçəl insanlar, gözəl xanımlar, rəqs və s.
Xoşagəlməz qorxu hisslərindən biri də cəmiyyətlə bağlıdır. Bəzi insanlar kiminsə nəzərinə (gözə) gəlməkdən, digər qruplar insan çox olan məkanlardan qorxurlar.
Qadına məxsus olan xüsusi qorxu hissi də var ki, bu da körpə dünyaya gətirmək (doğuş) qorxusudur. Adətən qadınlar bu qorxu hissini rəfiqəsi və ya anası ilə doğuş haqqında söhbət etdikdə, kino və televerilişlərdən görüb keçirir. Qadınları ən çox qorxudan odur ki, görəsən onlar yaxşı ana ola biləcəklərmi?
İnsan gərək çalışsın ki, fobiyasına qalib gəlsin. Əgər bunu bacarmırsa bu zaman psixoloqa müraciət etməlidir.

0 Yorumlar