Əminliklə deyə bilərəm ki, rəngli, yapışqan stikerlərlə bir oxşarlığım yoxdur, amma nədənsə ərim məndən daim yaddaş kitabçası kimi istifadə edir. Keçən gün vacib bir işi ona xatırlatmağımı tapşırdı. Mən isə onun tapşırığını yadda saxlamaq üçün yaddaş kitabçamda qeyd etməli oldum. O, əvvəllər də belə edirdi. İti yedizdirməkdən tutmuş, dərman içmək vaxtına qədər hər şeyi xatırlatmağımı istəyirdi. Nəyisə unudan kimi isə aləm bir-birinə dəyir və hər şeydə mən günahkar olurdum. Necə edim ki, ərim öz məsuliyyətini mənim üstümə yıxmasın?
Mənim Mübarizəm
Yəqin, deyəcəksən ki, səndən istifadə etməsinə imkan vermə, qoy, ağlı başına gəlsin. Mən bu yolu da sınamışam, amma sonra cəfasını özüm çəkməli oluram. Hər dəfə onun işlərini öhdəmə götürməyim onu daha da rahatlaşdırır. Psixoloq Lexie Lee deyir: “Qadınlar eyni zamanda müxtəlif işlərin öhdəsindən gəlməkdə mahirdir deyə, kişilər bəzi məsuliyyətlərini bizim öhdəmizə qoyurlar”. Amma yadda saxla ki, “balacamıza öz məsuliyyətlərini öyrətmək mümkündür, onların sadəcə təcrübəyə ehtiyacı var.
Körpənin İlk Addımı kimi
Lee deyir ki, işə başlarkən onu, məsuliyyətini oyatmaq üçün, işi və həyatına aid xırda tapşırıqlarla ruhlandırmaq lazımdır. Əgər sən xatırlatmadan öz köynəyini quru təmizləmədən götürürsə, “sağ ol” deməyi unutma: “Köynəyini götürmüsən? Afərin sənə!”. Ailə psixoloqu Tom Kersting deyir: “Ərin qiymətləndirildiyini gördükdə səni xoşbəxt etmək üçün daha çox çalışacaq. Odur ki, bu üsul həqiqətən də işə yarayır”. Birdən heç nəyə baxmayaraq, ağlından çıxsa? Bəs onda necə olsun? Neyləyək, onda işə kirli köynəkdə getməli olacaq. Öz kiçik məsuliyyətlərinin öhdəsindən gəlməyi öyrənəndən sonra, bəlkə ona daha vacib işlər həvalə etməyə başladım... Məsələn, təyyarə biletlərini vaxtında almaq kimi.
Lexie Lee deyir ki, gələn dəfə həyat yoldaşım məndən nə isə xatırlatmağımı xahiş etdikdə ona deyim: “Öz işim başımdan aşır və sənə heç cür kömək edə bilməyəcəyəm”. Əlbəttə, mən onun telefonuna xatırlatma qoya, stiker bağışlaya bilərəm. Amma buna gərək yoxdur, o özü dəyişməlidir.
Əgər heç nəyin faydası olmasa, o, əsəbiləşməyə başlayan kimi açıq danış-maq lazım gələcək. Lee belə vəziyyətlərdə onun işlərini görməyin çətinliyindən danışmağı məsləhət görür. O, danışıq zamanı bunun mənim üçün niyə problem olduğunu başa salmağı tövsiyə etdi. Elə şərait yaratmaq lazımdır ki, o bunu deyinmək kimi qəbul etməsin. Lee və Kerstinglə məsləhətləşdikdən bir neçə gün sonra, ərim maşının yağını dəyişməyi xatırlatmağımı xahiş etdi. Və mən o gündən başlayaraq, verilən məsləhətləri tətbiq etdim. Desəm ki, o, indi əməlli-başlı düzəlib, yalan olar. Amma azacıq da olsa irəliləyiş hiss olunur. Bir həftənin içində mənə iki sürpriz edib: öz naharını hazırlayıb və mən xatırlatmadan saçını düzəltdirib. Bəli, bəli, bu irəliləyişdir. Maşınında bir neçə stiker yapışdırdığını gördüm. Olsun, əsas odur ki, bu yolda büdrəməyək.

0 Yorumlar