Kuru fasulye

Filmlərə də mövzu olan qısa adıyla “Kuru” - dadı damağınızda qalacaq bir yemək. İnanılmaz doyurucu, sağlıqlı və ləzzətlidir.

6 nəfərlik Bişmə müddəti 30 dəqiqə

İçindəkilər:

  • 2 stəkan öncədən isladılmış quru lobya

  • 2 baş quru soğan

  • 2 qaşıq duru yağ

  • 2-3 pomidor və ya 1 yemək qaşığı tomat

  • 3-4 ədəd diş sarımsaq

  • 1-2 ədəd uzun yaşıl bibər

  • 1 ədəd kiçik qırmızı acı bibər

  • yetəri qədər duz


Kuru fasulyenin Hazırlanması:


Lobyaları öncədən isladın - yarı bişirin. Digər tərəfdə soğanları, sarımsaqları incə doğrayın. Orta, geniş bir qazana yağı əla-və edin. Soğan və sarımsaqları yağda qovurun.

Yaşıl bibərləri incə-incə doğrayıb, onları da soğan və sarımsağa qatın. Tomatı və ya qabıqları soyulmuş, doğranmış pomidorları da əlavə edin və bir neçə dəqiqə qarışdıraraq qovurun. Bunların üzərinə qaynadılmış, yarıbişmiş və suyu süzülmüş lobyaları da əlavə edib, qarışdırın.

Səbzələrin suyunu keçəcək şəkildə isti su əlavə edib səbzələr tam yumşalana qədər bişirməyə davam edin.

Bu arada, səbzələr bişmədən suyu çəkilərsə, az-az isti su əla-və edə bilərsiniz. Yeməyi düyü qarni ilə servis edin.

 

Yorum Gönder

0 Yorumlar